Javiddo Group
Mühasib (Çin Avtomobil Ehtiyyat Hissələri üzrə)
Son tarix 17 may 2025 - [email protected]
İş şəraiti:
- İş yeri: Çin, YİVU şəhəri
- İş rejimi: Bazar ertəsi - Şənbə (09:00 - 18:00)
- Əmək haqqı: 2000 AZN
Vəzifə öhdəlikləri:
- Daxil olan pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin ucotunun aparılmasi
- Muhasibatlıq sənədlərinin saxlanılması, rəsmiləşdirilməsi və muəyyən olunmuş qaydada onların arxivə təhvil verilməsi işlərini aparır.
- Aylıq daxili maliyyə hesabatlarının hazırlanması
- Kassa əməliyatları hesabatının hazırlanması
- Aylıq sayımların həyata keçirilməsi
- Şirkətin maliyyə əməliyyatlarının dəqiq və vaxtında uçotunu aparmalı,bütün gəlir və xərcləri izləməlidir.
- Avtomobil ehtiyyat hissələri sahəsində idxal və ixrac əməliyyatları geniş yer tutur. Mühasib xarici ticarət əməliyyatları ilə bağlı bütün maliyyə sənədlərini idarə etməli, gömrük rüsumları,ixrac sənədlərinin hazirlanmasi nəqliyyat və digər xərcləri düzgün uçota almalıdır.
- Maliyyə hesabatlarının hazırlanması: Dövri maliyyə hesabatlarının (məsələn, mənfəət və zərər hesabatı, balans, pul axını hesabatları) vaxtında hazırlanması və rəhbərliyə təqdim edilməsi.
- Maliyyə analizləri: Şirkətin maliyyə vəziyyətinin təhlili, gəlir və zərərin qiymətləndirilməsi, investisiya imkanlarının təhlili.
- Mühasibat uçotu üzrə ilkin sənədlərin təşkili; İnventarizasiya prosesinin həyata keçirilməsi;
- Mal-materialların alışı, satışı, yerdəyişməsi və silinməsi ilə bağlı uçotun aparılması, sənədləşmə işlərinin təmin edilməsi;
- Debitor və kreditor borclarının uçotu, üzləşmələrin aparılması və idarəedilməsi;
- Rəhbərliyin işlə bağlı verdiyi bütün tapşırıqları vaxtında və dəqiq görülməsi;
Tələblər:
- Maliyyə, mühasibatlıq və ya iqtisadiyyat sahəsində ali təhsil;
- MS Office proqramlarında (xüsusilə Excel) sərbəst işləmək bacarığı;
- Yüksək analitik düşüncə və problem həll etmə bacarığı;
- Məsuliyyətli, dəqiq və komanda ilə işləmə bacarığı;
- Hesabatlılıq təcrübəsinə malik olmaq;
- Xarici program vasitesinin oyrenilmesine tez bir zamanda nail olmalıdır.
- Öyrənməyə açıq olmaq;RUS VE İNGİLİS DİLİ VACİBDİR.
Şirkət təklif edir:
- İş rejimi: Bazar ertəsi – Cümə (09:00-18:00) ,Şənbə (09:00 - 16:00)
- Karyera inkişafı və satış sahəsində peşəkar təcrübə qazanmaq imkanı;
- Motivasiyaedici iş mühiti və dinamik komanda.
- VİSA,BİLET, QİDA VƏ YAŞAM XƏRCLƏRİ ŞİRKƏT TƏRƏFİNDƏN ÖDƏNİLİR.
Müraciət etmək üçün CV-nizi MÜHASİB ÇİN başlığı altında Müraciət Et butonunda qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.
Ünvan: Çin, YİVU şəhəri , Bakidaki Nümayendelik Xirdalan. Aşıq Şəmşir 33
Əlaqə: +994 50 852 57 27