İsmixanlı MMC
Maliyyə Direktoru
Son tarix 26 mar 2025 - [email protected]
Vəzifənin məqsədi: Şirkətin maliyyə fəaliyyətini idarə etmək, maliyyə resurslarının səmərəli istifadəsini təmin etmək, büdcə planlamasını həyata keçirmək və maliyyə hesabatlarının dəqiqliyini təmin etmək.
Əsas vəzifələr:
Strateji maliyyə planlaşdırılması:
- Şirkətin maliyyə strategiyasını hazırlamaq və icrasını təmin etmək
- Qısa və uzunmüddətli maliyyə planlarının tərtib edilməsi
- İnvestisiya qərarlarında iştirak edərək risk və gəlir təhlillərini aparmaq
Büdcə və maliyyə idarəetməsi:
- Büdcənin hazırlanması və icrasına nəzarət etmək
- Gəlir və xərc proqnozlarını hazırlamaq
- Pul vəsaitlərinin hərəkətini izləmək və optimallaşdırmaq
- Vergi və audit yoxlamaları zamanı məlumatların düzgün və dolğun formada təqdim edilməsi;
- Müəyyən olunmuş qaydalara müvafiq olaraq Müəssisənin maliyyə-istehsalat fəaliyyətinin nəticələrinin dəqiq uçotunun aparılmasını təmin etmək;
- Cəmiyyətdaxili ehtiyatların aşkar edilməsi, itgi və qeyri-istehsal xərclərinin qarşısının alınması məqsədilə digər bölmə və xidmətlərlə birlikdə mühasibat uçotu və hesabat məlumatları əsasında idarənin maliyyə-təsərrüfat fəaliyyətinin iqtisadi təhlilinin aparılmasını təşkil etmək;
- Mühasibat sənədlərinin qorunması, onların müəyyən olunmuş qaydada rəsmiləşdirilməsi və arxivə təhvil verməsini təşkil etmək;
Maliyyə hesabatları və analiz:
- Maliyyə hesabatlarının (balans, mənfəət və zərər, pul axını) hazırlanması və rəhbərliyə təqdim edilməsi
- Maliyyə sistemini daim yeniləmək və yeniliklərə uyğunlaşdırmaq;
- Maliyyə göstəricilərinin təhlili və nəticələrin şərhi
- Şirkətin maliyyə sağlamlığını qiymətləndirmək və rəhbərliyə məsləhətlər vermək
Daxili nəzarət və uyğunluq:
- Qanunvericiliyə və mühasibat uçotu standartlarına uyğunluğu təmin etmək
- Daxili audit prosedurlarını hazırlamaq və həyata keçirmək
- Vergi və digər maliyyə öhdəliklərinin düzgün yerinə yetirilməsini təmin etmək
- Aylıq və gündəlik daxili hesabatların hazırlanması;
Risklərin idarə edilməsi:
- Maliyyə risklərini müəyyənləşdirmək və minimallaşdırmaq
- Sığorta və digər riskə qarşı tədbirlərin görülməsinə nəzarət etmək
Komanda idarəçiliyi:
- Tabeçiliyində olan strukturlara ümumi rəhbərliyi həyata keçirir, işlərini əlaqələndirir, fəaliyyətlərinə nəzarət edir və səmərəli təşkil olunmasına görə məsulliyyət daşıyır;
- Komanda üzvlərinin peşəkar inkişafına dəstək olmaq
Tələblər:
- Maliyyə, iqtisadiyyat və ya mühasibatlıq üzrə ali təhsil
- Maliyyə idarəçiliyi sahəsində ən azı 5 illik iş təcrübəsi
- Xarici dil: İngilis, Rus, Azərbaycan dilləri yaxşı səviyyədə
- Beynəlxalq mühasibat uçotu standartları (IFRS) və yerli qanunvericilik bilikləri
- Analitik düşünmə qabiliyyəti və strateji yanaşma
- Rəhbərlik və komanda idarəetmə bacarığı
- Peşəkar səviyyədə MS Office proqramları və mühasibatlıq proqramlarında sərbəst işləmə bacarığı
İş şəraiti:
- İş qrafiki: 09:00 - 18:00 (həftə içi 6 gün)
- Nahar fasiləsi: 13:00 - 14:00
- Əmək haqqı: Müsahibə əsasında müəyyən olunacaq.
- İş yeri: Bakı şəhəri