Heel Əczaçılıq Firması
Marketinq Direktoru
Son tarix 30 avq 2024 - [email protected]
“PLANETA” topdansatış əczaçılıq şirkətinin nəzdində olan Almaniyanın “Heel” əczaçılıq şirkətinə Marketinq sahəsi üzrə Direktor axtarılır.
İş yeri: Bakı şəhəri
Tələblər:
- Ali təhsil (tibb sahəsində: həkim və ya əczaçı);
- Analoji sahədə minimum 3 il iş təcrübəsi (satışla bağlı təcrübənin olması əsasdır);
- İngilis və ya Alman dil biliyi;
- Microsoft Office proqramları biliyi (Excel proqramında yüksək biliklər);
- Güclü komanda vasitəsilə idrəetmə bacarığı;
- Gərgin iş şəraitində işləmə bacarığı ;
- Ünsiyyət və satış bacarığı;
- Analitik düşünmə, analiz etmə, diqqətlilik;
Məsuliyyətlər:
- Satış və Marketinq tətqiqatı ilə əlaqədar işlərin planlaşdırılması, həmin istiqamətdə araşdırmaların təşkil və icra edilməsi;
- Almaniyanın Heel əczaçılıq şirkətinin dərman preparatlarının reklamı və marketinq işlərinin aparılması;
- Bölgə satış nümayəndələrinin işini tənzimləməsi və koordinasiya edilməsi;
- Bazarın, rəqiblərin araşdırılması, analizlərin aparılması və tələbatın müəyyənləşdirilməsi;
- Şirkətin reklam və tanıtım ehtiyaclarının təyin edilməsi;
- • Satış prosesinin həyata keçirilməsi və müştəri əlaqələrinin idarə olunması;
- Müştəri bazasının genişləndirilməsi;
- Marketinq şöbəsinin işlərinə nəzarət;
- Nümayəndələrin aylıq satışı ilə bağlı hesabatların hazırlanması, yaranmış nöqsanlarla bağlı rəhbərliyin məlumatlandırılması və lazımi tədbirlərin görülməsi;
Dəyərlərimiz:
- İnkişaf və davamlı öyrənmək istəyi
- Qayğı göstərmək və kömək etmək istəyi
Şərtlər:
- İş qrafiki 5 günlük, saat 09:00 -dan 18:00-dək
- İstirahət: Şənbə və bazar günü;
- Əmək haqqı: 2500-3000 azn
Göstərilən tələblərə uyğun gələn namizədlərdən mövzu hissəsində “Marketinq direktoru” qeyd edərək CV formalarını email ünvanına göndərmələri xahiş olunur.