Grow Group Azerbaijan
Direktor Müavini
Son tarix 04 dek 2023 - [email protected]
Yerləşmə yeri: Bakı şəhəri
Vəzifə öhdəlikləri:
- Cəmiyyətin struktur bölmələrinin daxilində tapşırıqların həmən bölmənin tabeçiliyində olan əməkdaşlar tərəfindən düzgün və vaxtında yerinə yetirilməsinə nəzarət etmək;
- Şirkətin fəaliyyətinin effektiv planlaşdırılması;
- Şirkətdə sənəd dövriyyəsinin müvafiq icrasına nəzarət;
- Əməliyyat səmərəliliyini artırmaq, mövcud qaydaları və standartları təkmilləşdirmək, tələb olunan qaydada uyğunluğa və icraya nəzarət etmək üçün siyasət və qaydaların tətbiq edilməsi;
- Şirkətin departamentlərin fəaliyyətinin əlaqələndirilməsi, onların qarşılıqlı fəaliyyətinin təmin edilməsi;
- Direktorun sərəncam və əmrlərini bütün işçilərin nəzərinə çatdırılmasını və onların icrasını təmin edir;
- Direktor olmadığı halda yaxud onun tapşırığı ilə sifarişçilərlə, podratçılarla, köməkçi podratçılarla, ehtimal olunan tərəf müqabilləri və digər təşkilatlarla danışıq aparır;
- Müəssisənin işində mövcud olan çatışmazlıq barədə və onların ardan qaldırılması üçün görülən tədbirlər barədə Şirkətin direktoruna məlumat verir;
- Müəssisələrin ixtisaslı kadrlarla təmin edilməsi, işçilərin bilik və təcrübəsindən səmərəli istifadə edilməsi, onların əməyi üçün təhlükəsiz və əlverişli şərait yaradılması;
- Tabeçiliyində olan işçilərdən müəssisədaxili nizam - intizam qaydalarına, əməyin mühafizəsi, təhlükəsizlik texnikası və sanitar gigiyena qaydalarına riayət edilməsini tələb edir.
- Maddi və maliyyə vəsaitinin məqsədəuyğun və səmərəli istifadəsini, məsrəfin azaldılmasını, dövriyyə vəsaitinin tədavülünü təmin edərək şirkətin maliyyə-təsərrüfat fəaliyyətinə nəzarəti həyata keçirir;
- Maliyyə-təsərrüfat müqavilələrinin vaxtlı bağlanması üçün tədbir görür və müqavilə şərtlərinin yerinə yetirilməsini təmin edir;
- Maliyyə vəsaitinin qənaətinə və maddi vəsaitin kompleks şəkildə istifadəsi, xammalın işlənmə normalaşmasının, material, dövriyyə vəsaitinin və maddi sərvətlər ehtiyatının təkmilləşdirməsi üçün; iqtisadi göstəricilərin və şirkətin fəaliyyəti üzrə iqtisadi göstəricilər sisteminin formalaşmasının təkmilləşməsi üçün; istehsalın səmərəsini yüksəltmək üçün; maliyyə intizamının möhkəmlənməsi üçün; maddi və əmtəə sərvət ehtiyatının normadan artıq əmələ gəlməsini və onların ləğv edilməsinin, maddi ehtiyatın artıq məsrəfinin qarşısını almaq üçün tədbirlərinin işlənib hazırlanmasına rəhbərlik edir;
- Maliyyə və digər sənədlərin, hesablamaların və planın icrası ilə əlaqədar hesabatın vaxtlı-vaxtında tərtib olunmasını təmin edir;
Tələblər:
- Ali təhsili, MBA;
- Analoji vəzifədə minimum 5 il iş stajı;
- MS Office proqramını yaxşı bilmək;
- Azərbaycan, rus dillərini sərbəst bilmək (Ingilis dili arzu olunandır);
- Yüksək təşkilatçılıq bacarıqları, layihə və komanda idarəetmə bacarıqları;
- Analitik düşünmə bacarığı və problemin həllinə sistemli yanaşma yönümlüyü;
- Məlumatların və performans göstəricilərinin təhlili bacarıqları;
- Yüksək yazılı və şifahi ünsiyyət bacarıqları.
Şərtlər:
- İş qrafiki 9:00 - 18:00, BE-C;
- Azərbaycan Respublikası ƏM üzrə rəsmiləşdirmə;
- Müsahibə nəticələrinə görə rəqabət qabiliyyətli əmək haqqı;
- Peşəkar iş mühiti;
Müsahibə bütün alınmış CV-lərə baxıldıqdan sonra keçiriləcək.
CV – lər 5 Dekabr 2023-cü il tarixinədək qəbul edilir.
Fotoşəkilli CV formasını mövzu hissəsində “Direktorun müavini” vəzifəsi və gözlənilən əmək haqqı göstərilməklə e-mail ünvanına göndərmənizi xahiş edirik.
Müsahibəyə yalnız yuxarıda göstərilən tələblərə cavab verən namizədlər dəvət olunacaqlar.