Grinco
Satınalma və təchizat üzrə mütəxəssis
Son tarix 16 avq 2024 - [email protected]
Öhdəliklər:
- Tələblər əsasında potensial mal təchizatçılarının araşdırılması, etibarlı, peşəkar, sağlam podratçı və təchizatçı bazasının hazırlanması və müntəzəm olaraq yenilənməsi
- Tələblər əsasında müvafiq analizlər etmək və spesifikasiyalara uyğun doğru və düzgün təchizatçı şirkətlərdən təkliflərin hazırlanması
- Təchizatçı siyahısının uyğun kateqoriyalar üzrə aylıq yenilənməsi
- Sifarişləri yerləşdirmək və çatdırılma müddətlərini və şərtlərini razılaşdırmaq üçün təchizatçılarla danışıqların aparılması
- Sifariş olunacaq malların keyfiyyət və texniki göstəricilərinin uyğunluğunu satış şöbəsi ilə razılaşdırmaq
- Sifarişlərin təyin olunan vaxt çərçivəsində icrası proseslərinin həyata keçirilməsi
- Tələb olunan malların, xidmətlərin alışının müvafiq ERP proqramında düzgün, operativ və əhatəli şəkildə alış şifarişini (PO) tərtib etmək
- Müqavilələrin həyata keçirilməsi və nəzarətdə saxlanılması, müqavilə şərtlərinin müəyyən olunması
- Tədarükçülər ilə mütəmadi olaraq görüşlər təyin etmək və yeni tədarükçülərin araşdırılması
- Görülən işlərin hesabatının hazırlanması və rəhbərliyə təqdim olunması
- Şirkətin biznes maraqlarını əsas tutaraq şəffaflıq, obyektivlik və məxfiliyin qorunması
Tələb olunan bilik və bacarıqlar:
- Təhsil: Ali
- Təcrübə: Minimum 1 il
- Dil bilikləri: Azərbaycan dili, Rus dili, İngilis dili (arzu olunandır)
- Problemləri həll edə bilmə bacarığı və prosesləri davamlı olaraq təkminləşdirməyə yönümlü olmaq
- Komandada işləmə bacarığı
- Yüksək ünsiyyət və davranış keyfiyyətlərinə sahib olmalı;
- İşgüzar və məsuliyyətli olmalı;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyətinə malik olmalıdır.
- Bazar qiymətlərinin təhlili və müqayisəli təhlil bacarığının olması
- Satınalma, müqavilələrinin tərtibi, logistika prinsip və qaydaları, gömrük rəsmiləşdirilməsi və son istifadəçiyə qədər olan təchizat prossesləri haqqında məlumatlı olmaq
Əlavə məlumatlar:
- İş qrafiki: Bazar ertəsi-Cümə, 09:00-18:00
- İş yeri: Baki şəhəri, Rövşən Əliyev küçəsi 1, Xətai ray.
- Yalnız tələblərə cavab verən namizədlər müsahibəyə dəvət olunacaqdır.
- Əmək haqqı; 900 Net
- AR Əmək qanunveriliyi üzrə sənədləşmə
Göstərilən tələblərə cavab verən namizədlərdən CV-lərini mövzu yerinə “Satınalma və təchizat üzrə mütəxəssis” yazaraq email ünvanına göndərilməsi xahiş olunur. Son tarix 15.08.2024-cü il.