General Supply
Tenderlər üzrə mütəxəssis
Son tarix 04 mar 2025 - [email protected]
Əsas vəzifə və öhdəliklər:
- Dövlət və kommersiya təşkilatları tərəfindən elan edilmiş və şirkətin fəaliyyət növü ilə uyğun olan tenderlərin müəyyən edilməsi;
- Tenderin Əsas Şərtlər Toplusunun nəzərdən keçirilməsi, şirkətin iştirakçılara qoyulan tələblərə cavab verib-verməməsi, şirkətin tenderlərdə iştirak imkanları haqqında ilkin analizin aparılması və rəhbərliyin məlumatlandırılması;
- Tələb olunan sənədlərin və məlumatın müvafiq şöbələrdən tələb olunması, toplanması, son müraciət tarixinə qədər düzgün şəkildə təqdim edilməsi;
- Tender sənədlərinin təmin edilməsi üçün struktur bölmələrlə düzgün koordinasiyanın təmin edilməsi;
- Tender sənədlərinin təhlili zamanı meydana gələn suallarla bağlı tender keçirən təşkilatlara sorğuların göndərilməsi, yazışmaların və danışıqların aparılması;
- Tender təklifinin hazırlanması zamanı və təklif təqdim edildikdən sonra qiymətləndirmə müddətində müvafiq yazışmaların aparılması, daxil olan sualların vaxtında və düzgün cavablandırılmasının təmin olunması;
- Tender prosesi zamanı şirkətin təmsil olunması;
- Tender proseslərinin gedişatı və nəticələri haqqında hesabatların hazırlanması;
Namizədə qarşı tələblər:
- Ali təhsil
- Müvafiq sahədə ən azı 1 il iş təcrübəsi;
- Azərbaycan dilində mükəmməl, ingilis və rus dillərini yaxşı səviyyədə bilməli;
- Sənədləşdirmə və yazışma işlərini yüksək səviyyədə bacarmaq və səliqədə tutmaq
- Məsuliyyətlilik, problem həll etmə, planlaşdırmaq və komandada işləmək bacarıqları;
- MS Office proqramların proqramları ilə işləmə qabiliyyəti;
- Ünsiyyət və analitik düşünmə bacarığı;
Təminatlar:
- Korporativ nömrə;
- Könüllü tibbi sığorta.;
- Əmək haqqı: 800-1000 Azn + bonus;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini mövzü hissəsində Tenderlər üzrə mütəxəssis yazmaqla elektron poçt ünvanına göndərə bilərlər
İnsan resursları üzrə baş mütəxəssis
Son tarix 04 mar 2025 - [email protected]
Əsas vəzifə və öhdəliklər:
- Şirkətin təşkilati strukturunun təhlili, onun təkmilləşdirilməsi üzrə təkliflərin formalaşdırılması;
- Təşkilati strukturların dəyişiklik tələblərini struktur rəhbərləri ilə müzakirə edilməsi;
- Təşkilati dəyişikliklər üzrə layihələrinin hazırlanması;
- Əməkdaşların performansını və təşkilati effektivliyini artırmaq üçün performansın idarə edilməsi siyasətinin və prosedurunun işləyib hazırlanması və həyata keçirilməsi;
- Effektivliyin əsas göstəricilərini (KPİ) özündə əks etdirən qiymətləndirmə sisteminin təşkilində iştirak etmək;
- Komanda və fərdi hədəflərin qoyulması proseslərinin təşkilinin və icrasının təmin edilməsi;
- Məqsədlərin müəyyən edilməsi, performansın ölçülməsi və fəaliyyətin qiymətləndirilməsi sistemlərinin tərtib edilməsi və icrası;
- Performans təhlillərinin aparılmasında və fəaliyyətin təkmilləşdirilməsi planlarının yaradılmasında rəhbərliyə dəstək verilməsi;
- Performans nəticələrinin izlənməsi və hesabatlarının hazırlanması;
- Performans və vəzifə dəyişiklikləri əsasında əmək haqqı təkliflərin hazırlanması;
- Təlim və inkişaf ehtiyaclarının təhlili və müəyyən edilməsi;
- İllik təlim planına uyğun olaraq təlimlərin cədvəlini haqırlamaq;
- Təlimlərin təşkili və effektivliyinin qiymətləndirilməsi;
- Təlim və inkişaf istiqamətinin fəaliyyətləri ilə bağlı bütün proseslərin həyata keçirilməsi;
- Təlimin öncəsi və sonrası sorğuların aparılması, təlimin ümumi qiymətləndirilməsi və hesabatlılığın aparılması;
- İR hesabatların hazırlanması (aylıq, rüblük, illik).
Namizədə qarşı tələblər:
- Ali təhsil (İnsan Resurslarının idarəolunması, biznes idarəçiliyi kimi sahələrdə ali təhsil arzu olunandır)
- İnsan Resursları sahəsində min 3 il iş təcrübəsi (performans qiymətləndirilməsi, karyera planlaması, təlim və inkişaf sahələrinə üstünlük veriləcək)
- Çoxsaylı İR funksiyaları haqqında iş bilikləri;
- Microsoft Office proqramlarında sərbəst işləmə bacarığı (Excel və Power Point yaxşı səviyyədə)
- Dillər: Azərbaycan-dili əla, ingilis-dili yaxşı səviyyədə (danışıqlar və təqdimatlar etmək)
- Yüksək ünsiyyət qurmaq bacarıqları;
- Analitik düşünmə qabiliyyəti;
- İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti;
Təminatlar:
- Korporativ nömrə;
- Tibbi siğorta;
- Əmək haqqı : 1800 AZN;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini mövzü hissəsində “İnsan resursları üzrə baş mütəxəssis” yazmaqla poçt elektron ünvanına göndərə bilərlər