Zəhmət Ruzi MMC (SAB)
Baş mühəndis
Son tarix 16 iyl 2026 - [email protected]
Vəzifə öhdəlikləri:
- Texniki şöbənin fəaliyyətini təşkil etmək, texniki heyətə rəhbərlik etmək və inkişafını təmin etmək;
- İstehsalat avadanlıqları və mühəndis sistemləri üzrə profilaktik və cari təmir işlərini planlaşdırmaq və nəzarətdə saxlamaq;
- Yeni istehsal xətləri, avadanlıqlar və tikinti layihələrinin seçilməsi, alınması, quraşdırılması və istismara verilməsi proseslərini idarə etmək;
- CAPEX və OPEX büdcələrinin hazırlanması, idarə olunması və texniki xərclərin optimallaşdırılması üzrə tədbirlər həyata keçirmək;
- Ehtiyat hissələri və texniki materialların planlaşdırılmasını, satınalma proseslərini və anbar ehtiyatlarının idarə olunmasını təşkil etmək;
- Elektrik, qaz, su və digər enerji resurslarının səmərəli istifadəsini təmin etmək, enerji qənaəti layihələrini həyata keçirmək;
- Podratçı və təchizatçı şirkətlərlə əməkdaşlığı koordinasiya etmək, görülən işlərin keyfiyyətinə nəzarət etmək;
- Əməyin mühafizəsi, yanğın təhlükəsizliyi, qida təhlükəsizliyi və digər normativ tələblərə uyğunluğun təmin edilməsinə nəzarət etmək;
- Avadanlıqların etibarlılığını və istehsalatın effektivliyini artırmaq məqsədilə davamlı təkmilləşdirmə layihələri həyata keçirmək;
- Müəssisənin genişləndirilməsi, yeni istehsal xətlərinin qurulması və modernizasiya layihələrinə rəhbərlik etmək;
- Yeni avadanlıqların texniki spesifikasiyalarının hazırlanmasında iştirak etmək;
- Avadanlıq təchizatçılarının seçilməsi, qiymətləndirilməsi və texniki danışıqların aparılmasını təmin etmək;
- Yeni avadanlıqların quraşdırılması, işə salınması (commissioning) və qəbul proseslərinə rəhbərlik etmək;
- Tikinti, rekonstruksiya və mühəndis layihələrinin büdcə, vaxt və keyfiyyət göstəricilərinə uyğun icrasını təmin etmək;
- CAPEX layihələrinin iqtisadi səmərəliliyini qiymətləndirmək və rəhbərliyə təqdim etmək.
- Öz səlahiyyətləri daxilində rəhbərlik tərəfindən təyin edilmiş digər müvafiq vəzifə və öhdəlikləri yerinə yetirmək.
Tələblər:
- Ali texniki təhsil (mexanika, sənaye mühəndisliyi, energetika və ya əlaqəli sahə) ;
- İstehsalat müəssisəsində baş mühəndis, mühəndis və ya oxşar vəzifəsində minimum 3–5 il iş təcrübəsi;
- Liderlik və komanda idarəetmə bacarıqları.
Əlavə məlumatlar:
- Əmək haqqı müsahibə əsasında ;
- Nahar şirkət tərəfindən təmin olunur ;
- Korporativ mobil nömrə ilə təmin edilmə ;
- Yanacaq kartı ilə təmin edilmə ;
- Könüllü tibbi sığorta;
İş şəraiti
- İş qrafiki: 6 günlük
- İş yeri: Həsən Əliyev küç. 38, Xırdalan şəhəri
CV-lərinizi “Baş mühəndis” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərsiniz.
















