Bakıda İslam İnkişaf Bankı (İsDB) Qrupunun illik toplantıları çərçivəsində Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) və Azərbaycandan olan tərəfdaşlar arasında bir sıra sazişlərin mübadiləsi həyata keçirilib.
Taleh Kazımov: «Azərbaycanda 2 bank İslam maliyyə məhsullarını - SINAQDAN KEÇİRİR
FED.az xəbər verir ki, xüsusilə ICD və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında Azərbaycanda maliyyələşdirmə, investisiya və məsləhət xidmətlərinin göstərilməsi imkanlarının öyrənilməsini nəzərdə tutan əməkdaşlıq sazişinin mübadiləsi aparılıb.
Bundan başqa, ICD və Azərbaycan Biznesinin İnkişafı Fondu arasında 200 milyon manat dəyərində saziş mübadiləsi aparılıb. Sənəd Azərbaycanın müvafiq meyarlara cavab verən özəl sektor şirkətlərinin sonradan maliyyələşdirilməsi məqsədilə maliyyə institutlarına milli valyutada kredit xətlərinin ayrılması üzrə əməkdaşlıq çərçivəsini müəyyən edir.
Bundan başqa, ICD və Türk İnvestisiya Fondu arasında 50 milyon ABŞ dolları məbləğində çərçivə sazişinin, ICD və "Azerconnect Group" arasında 20 milyon ABŞ dolları məbləğində birbaşa maliyyələşdirmə xəttinin ayrılmasına dair sazişin, eləcə də ICD və "Turan Bank" ASC arasında 15 milyon ABŞ dolları məbləğində kredit xəttinin ayrılması barədə sazişin mübadiləsi həyata keçirilib.
Kredit vəsaitləri Azərbaycanda müvafiq meyarlara cavab verən özəl müəssisələrin gələcəkdə maliyyələşdirilməsi üçün ICD tərəfindən banka təqdim ediləcək.
Bununla yanaşı, Beynəlxalq İslam Ticarət və Maliyyə Korporasiyası (ITFC) və "Rabitəbank" ASC arasında 10 milyon ABŞ dolları məbləğində maliyyələşdirmə şərtləri (Term Sheet) haqqında məktub mübadiləsi baş tutub.
İmzalanmış sənədlərin ümumi dəyəri 295 milyon ABŞ dolları təşkil edir.
















