Bu ilin yanvar-may aylarında İqtisadiyyat Nazirliyi yanında İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti daşınmaz əmlak üzərində 144 339 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib.
Əmlaklarına həbs qoyulanların nəzərinə! - Qanun dəyişir
FED.az Dövlət Xidmətinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövri ilə müqayisədə 2,9 % azdır.
Bildirilib ki, qeydiyyata alınan mülkiyyət hüququnun 24 465-i (19 %) ilkin, 116 874-ü isə (81 %) isə təkrar qeydiyyatın payına düşüb. Bunlar isə 1 il əvvələ nisbətən müvafiq olaraq 4 % çox və 5,1 % azdır.
Hesabat dövründə fərdi yaşayış və bağ evi üzərində 30 937, mənzil üzərində 36 418, torpaq sahəsi üzərində 71 355, qeyri-yaşayış binası üzərində 1 312, qeyri-yaşayış sahəsi üzərində 4 019, əmlak kompleksi üzərində 255, çoxmərtəbəli yaşayış binası üzərində isə 43 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb.
Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 41 242-si Bakının, qalan hissəsi isə bölgələrin payına düşür.
Son 1 ildə tərtb olunmuş texniki pasportların sayı 3,9 % azalaraq 101 266, qeydiyyata alınmış ipoteka müqavilələrinin sayı isə 1,9 % artaraq 25 075 olub. (Report)














