2026-cı ilin yanvar-may aylarında Azərbaycandan çay ixracının dəyəri 3 milyon 14,7 min dollar təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 2 milyon 581,5 min dollar idi. Dəyər ifadəsində artım 433,1 min dollar və ya 16,8% olub.
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - SİYAHI
FED.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin Xarici Ticarətin Gömrük Statistikasına istinadən xəbər verir.
Miqdar ifadəsində ixrac 288,3 tondan 349 tona yüksəlib. Artım 60,8 ton və ya 21,1% təşkil edib.
Çay ixracında həm həcm, həm də dəyər artıb. Miqdar artımının dəyər artımından bir qədər yüksək olması orta ixrac qiymətində müəyyən azalma ehtimalını göstərir. Buna baxmayaraq, ümumi dinamika müsbətdir.















