Bakıda bir neçə yaşayış məntəqəsini və yolları birləşdirən yeni yol çəkiləcək.
FED.az xəbər verir ki, yeni yol yeni Mehdiabaddan başlayaraq Baksoldan keçməklə Ziya Bünyadov prospektinə birləşdiriləcək.
Gələcəkdə isə bu yol Heydər Əliyev prospektinə qədər uzanacaq və 8 Noyabr prospekti ilə birləşəcək.
"İnşa ediləcək irimiqyaslı yol Mehdiabad və Binəqədi ərazisindən başlayaraq Binəqədi şosesi ilə əlaqələndiriləcək. Bu addım nəticəsində nəqliyyat axını daha balansı paylanılacaq. Xüsusilə Binəqədi, 20 yanvar, Ziya Bünyadov xətti üzrə müşahidə olunan gündəlik sıxlıqlar azalacaq. Bir çox nəqliyyat vasitəsi alternativ yollarla hərəkət edəcək. Ümumilikdə həyata keçirilən bu infrastruktur layihələri dairəvi yollarla birlikdə şəbəkə formalaşdıracaq və daha rahat alternativ marşrutlar yaranacaq" - deyə bildirilib.














