Abu-life Group
Mühasib köməkçisi
Son tarix 12 iyl 2026 - [email protected]
Vəzifə öhdəlikləri:
- Mühasibat uçotu üzrə ilkin sənədlərin hazırlanması və sistemə daxil edilməsi
- Internet banking əməliyyatlarının icrası və gündəlik ödənişlərin həyata keçirilməsi
- Bank və vergi ödənişlərinin düzgün və vaxtında icrası
- Vergi, DSMF və Statistika hesabatlarının hazırlanmasında iştirak
- E-qaimə və hesab-fakturaların hazırlanması və göndərilməsi
- Kassa əməliyyatlarına nəzarət, POS terminallarla əlaqə
- Mühasibatlıqla bağlı gündəlik əməliyyatların icrası
- Təsərrüfat əməliyyatlarının düzgün uçotunun aparılmasına dəstək
- Analitik təhlillər və daxili hesabatların hazırlanmasında iştirak
- Mühasibat sənədlərinin arxivləşdirilməsi
İş şəraiti
- İş yeri: Arena Plaza (Koroğlu metro st.)
- Əmək haqqı: Müsahibə mərhəsləsində təyin edilir.
- İş qrafiki: Həftənin 6 günü
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmi əmək müqaviləsi;
- İş fəaliyyətinə əsaslanan inkişaf və karyera imkanları.
Namizədə tələblər:
- Təhsil: Ali təhsil (Maliyyə, mühasibatlıq və ya iqtisadiyyat ixtisasları üzrə)
- İş təcrübəsi: Minimum 1 il təcrübə (Pərakəndə sahəsində təcrübə üstünlük)
- Proqram bilikləri: MS Excel, MS Word və Logo Tiger proqram bilməsi üstünlükdür
- Analitik düşünmə və məsuliyyətli yanaşma
- Vergi qanunvericiliyi və mühasibat prinsipləri üzrə baza biliklər
- Diqqətli, punktual və öyrənməyə açıq olmalı
- Komandada işləmək bacarığı və yüksək iş intizamı
- Azərbaycan dilində səlis danışıq və yazı bacarığı
İşgüzar və hədəf yönümlü, yuxarıda qeyd olunan tələblərə uyğun namizədlərdən mövzu yerində “Mühasib köməkçisi” qeyd edərək şəkili CV-lərinizi Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərməyiniz xahiş olunur.















