Kapital Bank
Xaçmaz Filialının Mikro Kreditlər Bölməsinin Mütəxəssisi/Aparıcı Mütəxəssisi
Son tarix 16 iyl 2026 - Müraciət et
Birbankın Xaçmaz filialında Mikro kreditlər bölməsinin mütəxəssisi/aparıcı mütəxəssisi vəzifəsi üzrə mövcud və potensial müştərilərlə işləyərək bank məhsullarını təqdim edəcək, müştəri ehtiyaclarını analiz edəcək, portfeli idarə edəcək və maliyyə məsləhətləri verə biləcək namizədlər axtarışındayıq.
Tələblər
- Ali təhsil
- Sahə üzrə ən az 1 il iş təcrübəsi
- Yüksək səviyyədə Azərbaycan dili biliyi
- Riyazi hesablama və analitik düşüncə qabiliyyəti
- Satış bacarığı
- Yüksək səviyyədə ünsiyyət bacarıqları
- Məsuliyyətlilik
- Diqqətlilik
Öhdəliklər
- Mövcud müştəri bazasına uyğun məhsulların satışını həyata keçirir;
- Potensial müştərilərin fəaliyyət sahələrinə vizit edib, onlara bank məhsulları barədə məlumat verir;
- Fəaliyyətinə uyğun Bank məhsulları əldə etmək istəyən potensial müştərilərin təhlilini aparır;
- Müştərilərin ehtiyaclarını müəyyən edərək onlarla uzunmüddətli iş prespektivində maliyyə məsləhətləri verir;
- Əldə edilmiş maliyyə hesabatlarının nəticələrinə uyğun olaraq müraciətin müvafiq şəxslər tərəfindən təsdiqlənməsi üçün təqdimatlar hazırlayır;
- Bank tərəfindən müəyyən edilmiş aylıq hədəfləri icra edir;
- İdarə etdiyi və təhkim edilmiş portfelin tələb edilən parametrlərə uyğunluğunu təmin edir;
- Görülmüş işlər üzrə hesabatlar verir.
Təklif olunanlar
- İnkişaf imkanları
- Rəqabətli əmək haqqı və bonuslar
- Yüksək təminatlı sığorta
- Dəstəkləyici mühit
- Visa Premium əmək haqqı kartı
- Korporativ endirimlər
- Korporativ tədbirlər
- Əlavə məzuniyyət
- Güzəştli təhsil və işçi kredit
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Fraud Hallarının İdarə Edilməsi Şöbəsinin Aparıcı Mütəxəssisi
Son tarix 16 iyl 2026 Müraciət et
Birbankda fraud risklərinin müəyyənləşdirilməsi, qiymətləndirilməsi və qarşısının alınması istiqamətində zəruri və təxirəsalınmaz qərarların qəbulunda, indikatorların müəyyən edilməsi və onların mütəmadi yenilənməsində komanda işinə dəstək göstərə biləcək peşəkar namizədlər axtarışındayıq.
Tələblər
- Ali təhsilə (maliyyə, iqtisadiyyat, biznes idarəetməsi, hüquq və ya oxşar sahələrdə);
- Bank sektorunda risklərin idarə edilməsi və ya daxili audit sahəsində minimum 2 il iş təcrübəsinə;
- Milli qanunvericilik və tənzimləyici tələblər üzrə biliklər və onlarla praktiki işləmə bacarığına;
- Basel prinsipləri və beynəlxalq risk idarəetmə yanaşmaları üzrə biliklərə;
- Fraud, risk və audit üzrə beynəlxalq sertifikatlara (CFE, CIA, CRMA və s.);
- Araşdırma bacarığına;
- Bankçılıq və ya fintech sahəsində əlavə təcrübəyə sahib olmaq.
Öhdəliklər
- Bankın bütün kampaniya və stimullaşdırıcı tədbirlərində (lotereya, müsabiqə və s.) fraud risklərinin təhlili, rəy və təkliflərin verilməsi;
- Yeni və mövcud bank məhsulları, xidmətləri, layihələri üzrə fraud risklərinin qiymətləndirilməsi və bu istiqamətdə təkliflərin hazırlanması;
- Fraud idarəetməsinə dair daxili normativ sənədlərin yoxlanması, təkmilləşdirilməsi və yeni layihələrə rəy verilməsi;
- Yerli və beynəlxalq fraud tendensiyalarının izlənilməsi, qabaqcıl təcrübələrin tətbiqi ilə bağlı təkliflərin hazırlanması;
- Fraud aşkarlanması üçün indikator, davranış ssenariləri və skorinq modellərinin təhlili və inkişaf etdirilməsi;
- Mövcud nəzarət mexanizmlərinin effektivliyinin qiymətləndirilməsi və təkmilləşdirilməsi ilə bağlı təkliflərin verilməsi;
- Fraud hallarının araşdırılması, səbəblərin təhlili və aradan qaldırılması üçün tədbirlər planının hazırlanması;
- Fraud risklərinin idarə edilməsi siyasətinin icrasına nəzarət və bu sahədə “dözümsüzlük mədəniyyətinin” təşviqi;
- İşçi heyət üçün fraud risklərinə dair təlimlərin təşkili və bankdaxili kommunikasiyanın aparılması;
- Risk idarəetməsi, daxili audit və digər müdafiə xətləri ilə sıx əməkdaşlıq və məlumat mübadiləsi.
Təklif olunanlar
- İnkişaf imkanları
- Rəqabətli əmək haqqı və bonuslar
- Yüksək təminatlı sığorta
- Dəstəkləyici mühit
- Visa Premium əmək haqqı kartı
- Korporativ endirimlər
- Korporativ tədbirlər
- Əlavə məzuniyyət
- Güzəştli təhsil və işçi kredit
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Fraud halları və rəqəmsal əməliyyatların araşdırılması şöbəsinin mütəxəssisi/aparıcı mütəxəssisi
Son tarix 16 iyl 2026 - Müraciət et
Biz şöbəmizə müxtəlif kanallardan daxil olan müraciətləri diqqətlə araşdıran, daxil olan sorğulara operativ və rəsmi cavab verən, həmçinin mütəmadi hesabatlar hazırlayan, baş vermiş fraud hallarını mütamadi analiz edən və qablayıcı tədbirlər görülməsi üçün təkliflər verən , monitorinqlər aparan və Yerli Şöbə Bölmələrində (YSB) yerində yoxlamalar həyata keçirən məsuliyyətli əməkdaş axtarırıq.
Tələblər
- Ali təhsil (maliyyə, iqtisadiyyat, biznes idarəetməsi, hüquq və ya oxşar sahələrdə).
- Bank sektorunda risklərin idarə edilməsi və ya daxili audit sahəsində minimum 2 il iş təcrübəsinə;
- Basel prinsipləri və digər beynəlxalq risk idarəetmə yanaşmaları üzrə biliklərə;
- Fraud, risk və audit üzrə beynəlxalq sertifikatlara (CFE, CIA, CRMA və s.)
- SQL bilikləri və məlumatları təhlil etmək və nəticələr çıxarmaq qabiliyyətinə sahib olmaq.
Öhdəliklər
- Daxil olmuş müraciətlərdə şübhəli məqam aşkar olduqda təxirəsalınmaz tədbirlərin görülməsi;
- Dövlət və digər qurumlar tərəfindən daxil olmuş sorğuların icrası;
- Fraud əməlləri aşkarlandığı təqdirdə daxili qaydalara müvafiq tədbirlərin görülməsi;
- Bankın strukturları və şöbənin digər strukturları tərəfindən fraud ehtimalı daşıyan sorğuların qəbul edilməsi, araşdırılması və tədbirlərin görülməsi;
- Zərurət yarandıqda YSB-lərdə dələduzluq hallarına dair yerində baxış və ya araşdırmaların aparılması;
- Aşkarlanmış hallarla bağlı hesabatın tərtib edilməsi; Rəqəmsal dələduzluq insidentlərinin idarəedilməsi;
- Müştəri dələduzluğu ilə bağlı şikayətlərə baxılması; Ödəniş kartları ilə əlaqədar şübhəli əməliyyatların monitorinqi;
- Daxildə yeni layihələrdə iştirak etmək və lazım olduqda digər strukturlarla keçirilən müzakirə və görüşlərə qoşulması;
- Əmək müqaviləsi, struktur bölmənin Əsasnaməsi və fəaliyyətinə dair digər bankdaxili hüquqi aktların müvafiq göstərişlərindən irəli gələn başqa funksiyaların icrası.
Təklif olunanlar
- İnkişaf imkanları
- Rəqabətli əmək haqqı və bonuslar
- Yüksək təminatlı sığorta
- Dəstəkləyici mühit
- Visa Premium əmək haqqı kartı
- Korporativ endirimlər
- Korporativ tədbirlər
- Əlavə məzuniyyət
- Güzəştli təhsil və işçi kredit
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
















