2026-cı ilin yanvar-may aylarında Azərbaycandan pomidor ixracının dəyəri 119 milyon 820,9 min dollar təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 113 milyon 806,7 min dollar idi.
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - SİYAHI
FED.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi bildirir.
Dəyər ifadəsində artım 6 milyon 14,2 min dollar və ya 5,3% olub.
Miqdar ifadəsində isə ixrac 98 min 695,5 tondan 97 min 927,1 tona düşüb. Azalma 768,4 ton və ya 0,8% təşkil edib.
Pomidor ixracında maraqlı dinamika var: həcm azalsa da, dəyər artıb. Bu, orta ixrac qiymətinin yüksəldiyini göstərir. Yəni Azərbaycan daha az həcmdə pomidor ixrac etsə də, satışdan daha çox gəlir əldə edib.















