Regionlarda həkim çatışmazlığı var, ilkin səhiyyə xidməti çox bərbad haldadır. Bərdə rayonunda bu sahədə həyata keçirilən pilot layihə də o qədər uğurlu olmadı.
Həkimlərə verilən bonuslar niyə dayandırılıb? - Rəsmi AÇIQLAMA
FED.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov komitənin bugünkü iclasında deyib.
O qeyd edib ki, uzun müddət bu sahədə aparılan müzakirələrin nəticəsi olaraq, Azərbaycan Tibb Universitetini bitirən, rezidentura təhsili almamış həkimlərin regionlara göndərilməsi nəzərdə tutulur:
"Həmçinin, regionlardakı 65 yaşı tamam olan həkimlərin işləməsinə şərait yaradılması da nəzərdə tutulur.
İlkin səhiyyə xidmətinin vəziyyəti ilə bağlı da TƏBİB-in İcraçı direktoru Anar Bayramovla müzakirə aparmışıq. regionlarda modul tipli tibb məntəqələrinin yaradılması prosesinin sürətləndirilməsi haqda razılaşdıq. Elə kəndlər var, vaxtında müdaxilə edilmədiyindən xəstələri itiririk". (Report)














