2026-cı ilin yanvar-may aylarında elektrik enerjisi ixracı 12 milyon 513,5 min dollar təşkil edib. 2025-ci ilin eyni dövründə bu göstərici 37 milyon 359,5 min dollar idi. Dəyər ifadəsində azalma 24 milyon 846 min dollar və ya 66,5% olub.
Azərbaycanın elektrik enerjisi ixracı 4 dəfə azalıb
FED.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi bildirir.
Miqdar ifadəsində ixrac 658 milyon 92,2 min kVt/saatdan 232 milyon 993 min kVt/saata düşüb. Azalma 425 milyon 99,2 min kVt/saat və ya 64,6% təşkil edib.
Elektrik enerjisi ixracında azalma əsasən fiziki həcmin kəskin düşməsi ilə bağlıdır. Dəyər və miqdar göstəriciləri demək olar ki, eyni tempdə azalıb. Bu, qiymət faktorundan çox satış həcminin azalmasının əsas rol oynadığını göstərir.














