Gədəbəy Mineral Suları MMC
Keyfiyyət və prosseslərə nəzarət üzrə mütəxəssis
Son tarix 16 iyl 2023 - [email protected]
Vəzifə öhdəlikləri:
- Müəssisənin istehsal etdiyi məhsulların (içkilərin) keyfiyyətinə nəzarətin aparılmasını, standart və mineral tərkibinin nümunələrlə və texniki sənədlərin təsdiq edilmiş tələblərinə uyğun olaraq hazırlanması üçün işlər təşkil edir;
- Müəssisəyə daxil olan xammalların yoxlanılmasını, onların keyfiyyətinin standart və texniki şərtlərə uyğunluğu barədə rəylərin hazırlanmasını, həmçinin istehsalat prosesinin bütün mərhələlərində xammalın, hazır məhsulun istehlakçılara göndərilənə qədər müəssisənin bölmələrində və anbarlarda saxlanmasının düzgünlüyünə əməliyyat nəzarətini təmin edir.
- Xammal və hazır məhsulun anbar giriş-çıxış aktlarının düzgün tərtib edilməsinə nəzarət etməli;
- Keyfiyyətə nəzarət sisteminin Rəhbərlik tərəfindən analizi üçün zəruri olan məlumatların hazırlanması işini həyata keçirmək;
- İşin, məhsulun keyfiyyətinin geri qalma səbəblərini, onların aradan qaldırılması üzrə təkliflər vermək və keyfiyyətin artırılması üçün zəruri tədbirlərin işlənib hazırlanmasında birbaşa iştirak etmək;
- İşçilərin standartlara uyğun olaraq iş geyimlərindən istifadə etməsini təmin etməli;
- Zay olan məhsulların səbəbləri uçotunun aparılması işini təşkil edir.
Tələblər:
- Ali təhsil;
- Müvafiq sahə üzrə 5 ildən çox iş staji
- Müvafiq sahə üzrə ali təhsil
- 5 ildən az olmayaraq iş stajı
- İSO standart tələblərini bilməli,
- Kimyəvi-bioloji analizinin keçirilməsi üzrə praktiki bilikləri.
- Sertifikatların olması üstünlükdür
- Ünsiyyətcil, təşəbbüskar;
- Analitik yanaşma qabiliyyəti;
- İşdə dəqiqlik və detallara fikir vermə bacarığı.
Müraciət etmək istəyən namizədlərdən CV-lərini mail ünvanına mövzu hissəsinə “Keyfiyyət və prosseslərə nəzarət üzrə mütəxəssis” qeyd edərək göndərmələri xahiş olunur.