Eight Marketing and Management Company
Satış və Marketing Meneceri
Son tarix 28 okt 2024 - [email protected]
Əsas vəzifə öhdəlikləri
- Satış və Marketinq strategiyasının işlənib hazırlanması,həyata keçirilməsi və icrasına nəzarət;
- Marketinq imkanlarını və planlarını araşdırmaq və inkişaf etdirmək, istehlakçı tələblərini anlamaq, bazar tendensiyalarını müəyyən etmək və şirkətin marketinq məqsədlərinə çatmaq üçün system təkmilləşdirmələrini təklif etmək.
- Hesabat hazırlamaq üçün bazar məlumatlarını və tendensiyaları toplamaq, araşdırmaq və ümumiləşdirmək.
- Şirkətin mövcud brendlərinin təbliği və yeni məhsulların bazara çıxarılması;
- Yeni satış planlarının və reklamların həyata keçirilməsi.
- Büdcələrin təhlili, aylıq, rüblük və illik büdcə planlarının hazırlanması, xərclərin planlaşdırılması və satış kvotalarına və məqsədlərinə cavab verməsini təmin etmək.
- Zəruri qısa və uzun müddətli fəaliyyəti planlaşdıraraq satışın effektivliyinə nail olmaq;
- PR kampaniyalarının həyata keçirilməsi;
- Tərəfdaşlar, müştərilər və media ilə ünsiyyət;
- Restoranların inkişaf strategiyasının hazırlanması və təsdiq edilməsi;
- Korporativ görüşlərin keçirilməsi.
- Müştəri seqmentləri və kanalların effektivliyinin təhlil edilməsi;
- Rəqəmsal marketinq büdcəsinin planlaşdırılması və nəzarət edilməsi
- Rəqiblərin analizi, sahə üzrə əsas açar sözlərin müəyyənləşdirilməsi;
- Müştəri bazasının qurmağı, bu bazadakı müştərilərin siyahısına uyğun olaraq planın hazırlanması və yeni müştəriləri bu bazaya elavə edilməsi;
- Youtube, Linkedln, Google, Facebook və Instaqram səhifələrində marketinq büdcəsinə əsasən reklam kampaniyaların yerləşdirilməsinə nəzarət;
- Kampaniyaların effektivliyini izləmək, əsas göstəricilərini və KPI-ları müəyyənləşdirib, təhlil etmək və təkmilləşdirmə sahələrini müəyyən etmək;
- Əsas marketinq göstəricilərini izləməli və təhlil etməli;
- Markanı tanıtmaq üçün müxtəlif görüşlərdə və konfranslarda iştirak etmək
- Müəsisələr üzrə qoyulan satış hədəflərini yerinə yetirmə
- Satış və marketinq insan resursları məqsədlərinə çatmaq üçün marketinq və satış komandalarının işə götürülməsi, təlimi, planlaşdırılması, məşq edilməsi və idarə edilməsi.
- Şirkət xidmətlərinin çeşidinin artırılması ilə bağlı təkliflərin hazırlanması və müzakirəsi
- Şirkətin keyfiyyət siyasətinə əməl edərək, müştərilərin istəkləri, şikayətləri və qiymət dəyişiklikləri barəsindəki tələbləri haqqında funksional rəhbərini məlumatlandırmaq
- Mütəmadi bazar və rəqib araşdırmalarının aparılması və hesabatların hazırlanması
- Yaranan problemlər barədə rəhbərliyi vaxtında məlumatlandırmaq, problemlərin səbəblərini araşdırmaq və gələcəkdə yarana biləcək problemlərin profilaktikası məqsədilə önləyici tədbirləri həyata keçirirmək;
Vəzifəyə tələblər:
- Ali təhsil (biznes, satış və ya marketinq sahəsində təhsilə üstünlük verilir);
- Satış və marketinq rəhbərliyi sahəsində 4-6 il iş təcrübəsi;
- Rəqəmsal marketinq sahəsi üzrə ən azı 5 il iş təcrübəsi.
- Komanda ilə işləmə bacarığı;
- Analiz etmə və problemləri həll etmə bacarığı;
- Güclü analitik, təşkilatçılıq və yaradıcı düşünmə bacarıqları;
- Mükəmməl ünsiyyət və müştəri xidməti bacarıqları;
- Məlumatların təhlili və hesabatların yazılması üzrə biliklər;
- B2B, B2C satış seqmentində iş xüsusiyyətlərinin praktiki biliyi.
İş haqqında:
- Nahar şirkət tərəfindən təmin olunur;
- İş saatı: 09:00-18:00;
- İş qrafiki: 6 günlük
Əmək haqqı: 2500AZN
Tələblərə cavab verən namizədlər öz CV-lərini “Satış və Marketing Meneceri” başlığı ilə [email protected] elektron poçtuna göndərə bilərlər.