BSC Consulting & Outsourcing Company
Sosial Media Meneceri
Son tarix 27 okt 2024 - [email protected]
Vəzifə öhdəlikləri:
- Sosial şəbəkələrdə və populyar tətbiqlərdə qrupların yaradılması, tərtibatı, aparılması (moderasiya) və inkişaf etdirilməsi (FB, İnstagram, twitter, youtube və s.
- Sosial media üzərindən gələn müraciətlərin cavablandırması.
- Kontentin yazılması, postinq, targetinq reklam, sahələrində müştəri ilə qarşılıqlı əməkdaşlıq.
- İstifadəçi fəallığının dəstəklənməsi, tematik forumlarda, qruplarda müzakirə üçün mövzuların təklifi, müzakirələrdə fəal iştirak, rəylərlə iş.
- Seçilən məhsullar və xidmətlər üçün kreativ ideaların hazırlanması.
- Sosial şəbəkələrdə rəhbərliyin göstərişi ilə aktiv reklam fəaliyyətin aparılması.
- Reklam nəticələrinin analiz edilməsi və rəhbərliyə məlumat verilməsi.
- Yeni məhsullar və kampaniyalar ilə bağlı kreativ ideyaların verilməsi.
- Verilmiş sifarişlərin qeydiyyata alınması.
- Xüsusi günlər, bayram günləri və s. dövlət əhəmiyyətli günlərin qeydiyyatını aparmaq və o anlara özəl postların paylaşılması.
- Səhifələr üzrə gələn sorğuların müvafiq qurumlara yönləndirilməsi və cavablandırılması.
- Dizaynere post planın material,element və backgroundlarla birlikdə ötürülməsi.
Bilməlidir:
- İlkin analitika bacarıqları-google analytics, məlumatları istifadə və idarə etmə, hesabatın yaratma, neqativi tarazlama, rəy yazma.
- Sosial şəbəkələrdə irəliləyiş alətləri və üsullarını istifadə etmə bacarığı.
- İnternet-marketinq şəbəkələrinin vasitəsilə irəliləyiş üsullarını.
- Reklamın əsaslarını.
- Reklam strategiyası və markentinqin əsas məqamları barədə məlumat
- Təhlil etmə
- Hədəf auditoriyanın əsas maraqlarını müəyyən etmə
İş şəraiti:
- İş rejimi: 5 günlük
- Əmək haqqı: 700manat