Azerbaijan SuperMarket
İnsan Resursları üzrə Köməkçi
Son tarix 17 iyl 2022 - [email protected]
Şöbə: İnsan Resursları əməliyyatları və İşə qəbul şöbəsi
Yerləşmə: Baş Ofis.
Bu şirkətlər işçi yığır: əmək haqqı 300-500-700-800-1000 manat - 27 VAKANSİYA
Yüksək maaşla işçilər yığır: əmək haqqı 1000-1500-2000-3000 manat - 6 VAKANSİYA
Vəzifə öhdəlikləri:
- Gündəlik insan resursları şöbəsi ilə əlaqədar işlərin yerinə yetirilməsi;
- Kadr qəbulu və əmək münasibətlərinin sona yetməsi ilə əlaqədar işlərin yerinə yetirilməsi;
- Müqavilələrin və müqaviləyə əlavələrin hazırlanması;
- Sənədləşdirmə işlərinin icrası;
- Məktubların hazırlanması;
- İşçi ərizələrinin qəbulu və yönəldilməsi.
Namizədə dair tələblər:
- Ali təhsil;
- Güclü ünsiyyət və təqdimat bacarığı;
- İngilis dili üzrə biliklər üstünlük hesab edilir;
- Tənqidi düşüncə və təhlil bacarıqları;
- Bir neçə prioritet məsələləri birlikdə idarə etmə bacarığı;
- Problemlərin həllində yaradıcı yanaşma bacarığı;
- Sərbəst Microsoft Office istifadəçisi.
Maraqlanan namizədlər email ünvanına “İR üzrə Köməkçi” başlığı ilə müraciət edə bilər.
Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Azerbaijan SuperMarket
Əmək münasibətləri üzrə mütəxəssis
Son tarix 17 iyl 2022
Yerləşmə: Baş Ofis
Departament: İnsan Resursları
Vəzifə öhdəlikləri:
- İşçilərlə görüşləri planlaşdırmaq, uyğunlaşdırmaq və keçirmək, intizam tənbehi üçün şikayət, sübut və izahat məktublarını yığmaq/yoxlamaq;
- İşə cəlb olunmuş işçilərlə bağlı bütün intizam işi məlumatlarını toplamaq, qoruyub saxlamaq və ehtiyat nüsxəsini hazırlamaq;
- İşçi münasibətləri ilə bağlı məsələləri işçilərlə məsləhətləşərək həll etmək;
- İşçilər arasındakı problemlərin səbəblərini araşdırmaq;
- Şirkətin davranış və fəaliyyətlə bağlı gözləntilərinə dair işçilərə məsləhət vermək;
- İş fəaliyyətinin idarəsinə dair məlumatları gözdən keçirmək və təhlil etmək, anlayışları, fikirləri, narahatlıq və tövsiyələri vurğulamaq;
- Şöbə müdirinə toplanmış məlumatlara dair xülasə hesabat təqdim etmək;
- İşçilərlə Əlaqələr və Fəaliyyətin İdarə olunmasına dair gündəlik İnsan Resursları əməliyyatlarını idarə etmək.
- İşçilərlə Əlaqələr (intizam məsuliyyətləri, pozulmalar və onlardan qaynaqlanan bütün digər proseslər) və Fəaliyyətin İdarə olunması (ondan qaynaqlanan bütün proseslər) ilə bağlı bütün bölmələrlə (Ofis, Əməliyyatlar, Paylama Mərkəzi) yaxından işləmək;
- Ümumi Fəaliyyətin İdarəsi ilə bağlı sənədlərin işlənməsi;
- Şirkətdəki mövcud Standart Əməliyyat Prosedurları (SƏP) ilə tanış olmaq və ehtiyac olduqda uyğunsuzluqlara yenidən baxılmasına dair sorğular göndərmək, uyğunsuzluğun aradan qaldırılması üçün müvafiq şöbələrlə birlikdə aradan qaldırlmasında iştirak etmək;
- Tələb olunduqda məsləhət verərək və dəstək olaraq SƏP-in tam və səmərəli tətbiqini dəstəkləmək;
- Siyasətin/prosedurun səmərəliliyini mütəmadi olaraq gözdən keçirmək və ona qanuni dəyişikliklərlə bərabər düzəlişlər etmək.
- Müvafiq əmrlərin hazırlanmasını təmin etmək
- Araşdırma sənədlərinin, maillərin saxlanılmasını təmin etmək.
Vəzifə üzrə tələblər:
- Təcrübəli İnsan Resursları Mütəxəssisi (həmçinin işçi münasibətlərini idarə edən, əsasən davranış, fəaliyyət problemləri və ya digər kobud davranış pozuntuları ilə məşğul olan);
- Əmək qanunvericiliyi üzrə dərin biliklər;
- Yüksək səviyyəli ünsiyyət bacarıqları;
- Tələbkar;
- İşinə qarşı həvəsli və bol enerjili;
- Açıq fikirli;
- Stressə davamlı;
- Məqsədyönlü;
- Hüquq sahəsi üzrə təhsil və ya iş təcrübəsi (üstünlük verilir);
- Göstərilən sahə üzrə təcrübə (üstünlük verilir).
Maraqlanan namizədlər email ünvanına “Əmək münasibətləri üzrə mütəxəssis” başlığı ilə müraciət edə bilər.
Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.