VAKANSİYA 1
ARIS
Bu şirkətlər işçi yığır: əmək haqqı 300-500-700-800-1000 manat - 27 VAKANSİYA
Vue.js developer
Son tarix 17 iyl 2022 - [email protected]
Namizəddən tələb olunan bilik və bacarıqlar:
- 2+ il JavaScript təcrübəsi;
- Vue.js ilə web App təcrübəsi;
- React.js biliyi üstünlükdür;
- HTML, CSS, SCSS və ya LESS təcrübəsi;
- Rest Api-larla, Git və Webpack ilə işləmə bacarığı;
- UI kitlər ilə işləmə və hazırlama bacarığı;
- Fərdi hazırlanmış veb dizayna uyğun responsiv saytların hazırlanması;
- State management kitabxanaları ilə işləmə bacarığı;
- Səliqəli və oxunaqlı kod yazmaq bacarığı.
Vəzifə üzrə başlıca öhdəliklər və məsuliyyətlər:
- Yeni layihələrin hazırlanması;
- Mövcud layihələrə yexiki dəstək göstərilməsi;
- Layihə və texniki sənədlərin hazırlanmasında iştirak;
- Layihə rəhbəri tərəfindən verilən tapşırıqların vaxtında yerinə yetirilməsi.
Əmək haqqı: 1300-2000 AZN (Müsahibə zamanı namizədin bilik və təcrübəsindən asılı olaraq müəyyən olunacaq).
Namizədlərdən öz CV-lərini “Vue.js developer” başlığı altında elektron poçt ünvanına göndərmələri xahiş olunur.
VAKANSİYA 2
Xırman
Keyfiyyətə nəzarət üzrə menecer
Son tarix 17 iyl 2022 - [email protected]
Öhdəliklər:
- İstehsal olunan məhsulların fiziki-kimyəvi ve mikrobiolojik analizlərinə nəzarət etmək.
- Keyfiyyətə Nəzarət Planının hazırlanması və icrasına nəzarət;
- Keyfiyyətin idarəedilməsi üzrə uçot aparmaq və hesabatlar tərtib etmək,
- Ümumi keyfiyyət sisteminin yaradılması, tətbiqi və nəzarət olunması
- Müəssisənin bölmələrindəki iş fəaliyyəti ilə bağlı yaranan uyğunsuzluqların , problemlərin aşkar edilməsi və aradan qaldırılması istiqamətində keçirilən tədbirlər , Keyfiyyətsiz məhsulların və ya xidmətlərin göstərilməsinin qarşısını almaq üçün tədbirlər planı və işlərin keyfiyyətinin yüksəldilməsi üçün təkliflər hazırlamaq;
- Müəssisəyə daxil olan xammal, yarımfabrikatlar və digər məhsulların keyfiyyət standartlarına və texniki şərtlərə uyğunluğuna nəzarət etmək. İstehsal prosesinin bütün mərhələlərində məhsulun keyfiyyətinə qablaşdırılmasına, eləcə də anbarlarda düzgün saxlanılmasına operativ nəzarəti təşkil etmək;
- Zavodun bütün ərazisində sanitariya və gigiyena normalarına əməl edilməsinə nəzarət etmək;
- Məhsulun keyfiyyətinin yaxşılaşdırılması, daxili və xarici bazarların tələbat səviyyələrinə uyğunlaşdırılması üçün tədbirlər hazırlayır və həyata keçirilməsini təşkil etmək;
Namizədə tələblər:
- Ali təhsil (Standartlaşdırma və sertifikasiya),
- Keyfiyyət menecmenti sistemində İSO standart tələblərini bilməli,
- Qida sahəsində iş təcrübəsi mütləqdir
- Laboratoriyada aparılan analizlərə aid cihaz və avadanlıqları yaxşı səviyyədə istifadə edə bilməli;
- Bu sahədə ən azı 5 illik iş təcrübəsi
- Yaş 30-45 arası
- Əmək haqqı 1000 azn
CV-nizi “ Keyfiyyətə nəzarət üzrə menecer “ qeyd edib elektron ünvanına göndərməyiniz xahiş olunur.
VAKANSİYA 3
Grand Medical LLC
Layihə meneceri
Son tarix 17 iyl 2022 - [email protected]
Vəzifə və məsuliyyətlər:
- Müştərilərlə əlaqələri saxlamaq və yeniləmək; yeni müştərilərlə davamlı iş ortaqlığı qurmaq
- Təsdiqləndiyi kimi distribyutorlar, dövlət səhiyyə təşkilatları, tibb müəssisələri, aptek zəncirləri, xəstəxanalar vasitəsilə şirkət məhsullarını fəal şəkildə tanıtmaqla yerli səviyyədə satış strategiyasını təşkil etmək və planların yerinə yetirilməsini təmin etmək
- Əsas müştərilər və Tibbi Nümayəndələr/Bölgə Meneceri arasında güclü əlaqələr yaratmaq üçün ünsiyyət qurmaq və əlaqələri stimullaşdırmaq
- Ərazi Menecerləri ilə əməkdaşlıqda satış nəticələrini yaxşılaşdırmaq üçün strateji fəaliyyət planı hazırlamaq. Müştəri ilə müqavilələrin bağlanması və icra müddətini müəyyən etmək
- Şirkətlə daxili büdcələri, müştəri ilə isə xarici büdcələri qurmaq və onlara nəzarət etmək
- Yüksək satış və ya çarpaz satış yolu ilə mənfəəti artırmaq üçün satış komandası ilə əməkdaşlıq
- Təklif olunan vaxt qrafiklərinə uyğun olaraq bütün müştəri ehtiyaclarının və tələblərinin qarşılanması
- Müştərilərlə əlaqələrin idarə edilməsini təmin etmək üçün müştəri məlumatlarını təhlili
- Əlaqələri genişləndirmək və yeni müştəri cəlb etmək
- Şirkətin CRM-də satışla bağlı bütün məlumatlarının, o cümlədən potensial müştərilər, hesablar, imkanlar və satış siyasətinin idarə edilməsi
- Şirkətin prosedurlarına uyğun olaraq rəhbərlik tərəfindən tələb olunan hesabatları vaxtında hazırlamaq.
Vəzifə tələbləri:
- Biznesin idarə edilməsi/idarəetmə/digər sahə üzrə bakalavr dərəcəsi (tibb, əczaçılıq/təbiət elmləri)
- Əczaçılıq/tibb və ya FMCG sahələrində yüksək performanslı komandalarla əməkdaşlıq üzrə minimum 3 illik uğurlu satış təcrübəsi (mütləqdir)
- Satış zəncirinin idarə edilməsi, kompleks və strateji satış metodlarının tətbiqi, effektiv ünsiyyət üsulları daxil olmaqla, qabaqcıl ünsiyyət bacarıqları və inandırmaq bacarığı
- Sürətlə dəyişən kommersiya mühitində prioritetləri və qərarları effektiv şəkildə idarə etmək bacarığı
- Səyahət maneəsi olmamalı (xərclər şirkət tərəfindən ödənilməklə həftənin ən az 2-3 gününü rayonlarda keçirəcəyini nəzərə almalı)
- Əla şifahi, analitik və təqdimat bacarıqları
- İngilis dili biliyi mütləqdir; Rus dili üstünlükdür
- Etibarlı sürücülük vəsiqəsi
İş günləri: I-V günlər ( VI gün ehtiyac yarandıqda )
İş saatları: 09:00-18:00
Əmək haqqı: 1000-1500 AZN fix (təcrübədən asılı olaraq)
Korporativ nömrə və Nahar şirkət tərəfindən təmin olunur
Maraqlanan namizədlərdən mövzu hissəsində Vakansiyanı qeyd etməklə öz CV-lərini elektron ünvanına göndərmələri xahiş olunur. Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaq.
VAKANSİYA 4
Company
Texniki hesabatlar üzrə mühəndis
Son tarix 17 iyl 2022 - [email protected]
Əmək haqqı: 1500 AZN (net);
İş qrafiki: 09:00–18:00 (13:00–14:00 nahar fasiləsi);
İş yeri: Zəngilan rayonu;
Hesabat verir: Baş Mühəndis.
Tələblər:
- Ali texniki təhsil (mülki tikinti, inşaat, inşaat mühəndisliyi);
- Tikinti sahəsi üzrə azı 3 illik iş təcrübəsi;
- Azərbaycan dilini şifahi və yazılı yüksək səviyyədə bilməli, digər dillər arzu olunandır;
- MS Office (Word, Excel, Outlook), AUTO CAD (işlətmə kimi);
- Hesabatları hazırlamaq bacarığı;
- Analitik (deduktiv-məntiq) düşünmə, vəziyyəti düzgün dəyərləndirmə, riyazi hesablama aparma, yaranmış problemlərin təhlil və müstəqil həll etmə qabiliyyətinə malik olmalı.
Əsas vəzifə və öhdəliklər:
- Forma-2 və forma-3 üzrə hesabatların hazırlanması: yerinə yetirilmiş işlər üzrə hesabatlar və həmin işlər üzrə normativ material sərfiyyatı hesabatların forması;
- Layihələr və iş növləri üzrə yığım cədvəlinin hazırlanması və layihələrdən daxil olan digər texniki sənədlərin doğruluğunu yoxlamaq;
- Tikinti norma və qaydalarında sərfiyyat normaları nəzərdə tutulmayan yeni tikinti materiallarının sərfiyyat normalarını smetaçı mühəndislər ilə birlikdə hazırlamaq;
- Görülmüş və icrası təhvil alınmış tikinti-quraşdırma işləri barədə rəhbərinə hesabat hazırlamaq;
- Rəhbərlliyin digər əmr və göstərişlərini yerinə yetirmək;
- Daxili nizam-intizam qaydalarına, sənaye gigiyenası normalarına, əmək mühafizəsinin qayda və normalarına, yangın əleyhinə təhlükəsizlik tələblərinə riayət edir;
- İdarəetmənin keyfiyyəti üzrə tələblərə əməl edir.
Peşəkar və şəxsi keyfiyyətlər:
- Stressə davamlı, gərgin və ağır iş rejimində işləmək bacarığı;
- İşində səliqəli, dəqiq, ciddi və məsuliyyətli olmalı;
- Ünsiyyət yaratmaq, fikrini izah etmək, çevik işləmək qabliyyətinə malik olmalı;
- Kollevtivlə işləmək bacarığı və nizam intizam qaydalarına hörmətlə yanaşmağı bacarmalı;
- Planlama və təşkilatçılıq qabiliyyətinə malik olmalı;
- İşə planlı yanaşma qabiliyyətinə malik olmalı.
Biz Sizə hansı iş şəraitini təklif edirik:
- İşə qəbul əmək qanunvericiliyinə uyğun olaraq həyata keçirilir;
- Şirkət gündə 3 dəfə qidalanmanı təmin edir;
- Yaşayış yeri şirkət tərəfindən təmin edilir;
- Əmək məzuniyyəti: qanunvericiliyin tələblərinə əsasən.
CV-zi (yalnız foto ilə) e-ünvanına göndərə bilərsiniz. Müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində (Texniki hesabatlar üzrə mühəndis) qeyd etməyinizi xahiş edirik.
Qeyd: Yalnız tələblərə cavab verən namizədlər müsahibə mərhələsinə dəvət olunacaqlar.
VAKANSİYA 5
BMS Construction
Ağıllı evlər üzrə mühəndis
Son tarix 17 iyl 2022 - [email protected]
- KNX və BMS üzrə avtomatika mühəndisi
- Elektrik mühəndisi
- Təhlükəsizlik sistemləri üzrə (yanğın, Access kontrol, siqnalizasiya) mühəndisi
Tələblər:
- Analitik düşüne bilmek;
- Araşdırma qabiliyyətinə sahib olmaq;
- Güclü liderlik və l ayihə idarəetmə qabiliyyətinə sahib olmaq;
- Stres altında işləyəbilmək;
- Gözlənilməz və çətin vəziyyətlərdə təmkin nümayiş etdirərək düzgün qərarlar vermək;
- Personal və müştərilərlə effektiv iş münasibətləri qura bilmək bacarığı sərgiləmək;
- Uzun müddət açıq sahədə işləyə biləcək fiziki keyfiyyətlərə sahib olmaq;
- Rus, türk, ingilis dillərində sərbəst danışma bacarığına sahib olmaq;
- Uzun müddətli ezamiyyətlərə üçün uyğun olmaq;
- Ofis proqramlarında sərbəst işləyə bilmək;
- AutoCad proqramı ilə işləyə bilmək;
- İşlədiyi sahəyə uyğun olaraq, elektrik, elktronik, avtomatika və digər zəif axın sistemlərinin işi üçün tələb olunan biliklərə sahib olmaq;
- Məsuliyyətli olmaq və geyri etik vərdişlərdən uzaq olaq.
Əmək haqqı: 1000-3000 AZN
VAKANSİYA 6
Camal LTD
Nəqliyyat şöbə müdiri
Son tarix 17 iyl 2022 - [email protected]
Tələblər:
- Müvafiq sahə üzrə ali təhsil
- MS Office(Word, Excel, Outlook) proqramlarından mükəmməl istifadə bacarığı;
- Sürücülük vəsiqəsi- BC kateqoriya;
- Maşınların texniki xarakteristikasını bilməli;
- Dispetçer və nəqliyyat işinin təşkili sahəsində təcrübəli;
- Yaş həddi 30-55 yaş arası;
Vəzifə öhdəlikləri:
- Sürücülərə yol vərəqələrinin vaxtında təhvil verilməsi prosesinə nəzarət etmək;
- Nəqliyyat vasitələrinin xətdən qayıtmasına nəzarət etmək, nəqliyyat vasitələrinin xətdən vaxtında qayıtmadığı bütün hallar haqqında şöbə rəisinə məlumat vermək;
- Yol nəqliyyat hadisələri haqqında xəbər aldıqda dərhal bu barədə rəhbərliyə məlumat vermək;
- Yanacaq sərfi haqqında hesabatları hazırlamaq;
- Alınan ehtiyat hissələrinin siyahısını hazırlamaq;
- Avtomaşınlarda baş verə biləcək nasazlıqlarla əlaqəli ilkin diaqnoz qoymaq, təmirini təşkil etmək;
- Sürücülərin iş qrafikinin tərtib edilməsi, izlənilməsi, koordinasiya edilməsi;
- Sürücülərin avtomobilin idarə edilməsinı dair təhlükəsizlik qaydalarına riayət edilməsinə nəzarət edmək;
Əlavə məlumat:
- 6 günlük iş həftəsi, tam iş günü;
- Əmək haqqı: 1000-1200 AZN
- Nahar şirkət tərəfindən təmin olunur;
- İş yeri: Baki şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi
- Əlaqə nömrəsi: (012) 310 10 40 (daxili 227); Mob: (+994) 55 900 32 07
Maraqlanan namizədlərdən mövzu sətrində “Nəqliyyat şöbə müdiri” qeyd etməklə CV ni e-mail ünvanına göndərmələri tələb olunur. Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.