Azerbaijan SuperMarket
Ət və təzə qida məhsulları üzrə mütəxəssis/ Meat & Fresh Counters Specialist
Son tarix 02 okt 2025 - [email protected]
Qısa vəzifə təsviri: Ət və təzə qida məhsulları üzrə mütəxəssis, bu şöbələrdə əməliyyat mükəmməlliyinin, məhsul keyfiyyətinin və müştəri məmnuniyyətinin təmin edilməsinə cavabdehdir. Bu vəzifə göstəricilərin təhlili, proseslərin təkmilləşdirilməsi və bütün mağazalarda qida təhlükəsizliyi və xidmət standartlarına riayət olunmasının təmin olunmasına yönəlib
Əsas öhdəliklər:
- Müştəri təcrübəsini yaxşılaşdırmaq, satışları maksimuma çatdırmaq və Ət və Təzə qida Məhsullar bölməsi üzrə mənfəəti artırmaq üçün təşəbbüslərə rəhbərlik etmək.
- Satış hədəflərini strateji şəkildə planlaşdırmaq, itkilərə nəzarət etmək və gündəlik fəaliyyət göstəricilərini izləmək yolu ilə biznesin davamlı inkişafını təmin etmək.
- Keyfiyyətdən yayinmalar üçün ətraflı səbəb təhlilləri aparmaq və düzəldici və qarşısını alıcı fəaliyyət planları hazırlamaq.
- Məhsul keyfiyyətini və əməliyyat səmərəliliyini artırmaq məqsədilə yerli və beynəlxalq bazarlardan ən yaxşı təcrübələri araşdırmaq və tətbiq etmək.
- Mağazalarda ət və təzə məhsullar kateqoriyası üzrə fəaliyyətləri izləmək və qiymətləndirmək; KPI-ların yaxşılaşdırılması üçün fərdi dəstək planları hazırlamaq.
- Bütün satış nöqtələrində brend və xidmət standartlarının sabit şəkildə tətbiq olunmasına nəzarət etmək.
- Mağazaların qida təhlükəsizliyi, gigiyena və müştəri xidməti tələblərinə uyğunluğunu təmin etmək üçün mütəmadi və strukturlaşdırılmış yoxlamalar aparmaq və tövsiyələr vermək.
- Mağaza auditləri zamanı müəyyən edilən çatışmazlıqlar üçün düzəldici fəaliyyət planları hazırlamaq və onların vaxtında icrasına nəzarət etmək.
- Yoxlama nəticələri, performans meylləri və təkmilləşdirmə tədbirləri üzrə ətraflı hesabatlar tərtib etmək və təqdim etmək.
- Müştəri rəyləri və bazar təhlili əsasında məhsul və xidmət təkliflərini qiymətləndirmək və istehlakçı ehtiyaclarını daha yaxşı qarşılamaq üçün təkmilləşdirmələr tətbiq etmək.
- Proseslərin təkmilləşdirilməsi və məlumatlara əsaslanan qərarvermə yolu ilə əməliyyat səmərəliliyini artırmaq.
- Gənc mütəxəssislər və mağaza komandaları üçün mentor və bilik mənbəyi kimi çıxış etmək, hesabatlılıq və mükəmməllik mədəniyyəti yaratmaq.
- Biznes hədəfləri ilə uyğunlaşmanı təmin etmək üçün Keyfiyyətə Nəzarət, Təchizat Zənciri və Marketinq kimi funksional şöbələrlə sıx əməkdaşlıq etmək.
- Daxili siyasətlərə, sənaye tələblərinə və qida təhlükəsizliyi standartlarına tam uyğunluğu təmin etmək.
- Birbaşa rəhbərlik tərəfindən verilən digər vəzifələri vaxtında və peşəkar şəkildə yerinə yetirmək.
Vəzifə üzrə tələblər:
- Orta və ya Ali təhsil (Qida Texnologiyası, Biznes İdarəçiliyi və ya əlaqəli sahələr üzrə)
- Ət məhsulları, təzə qida məhsullar bölməsi və ya ərzaq pərakəndə əməliyyatları sahəsində minimum 1 il müvafiq iş təcrübəsi,
- Rus və ya İngilis dillərindən birində sərbəst danışıq bacarığı üstünlükdür
- Ət və ət məhsullarının təsnifatı, emalı və saxlanması üzrə güclü biliklər
- Qida təhlükəsizliyi və gigiyena qaydaları üzrə möhkəm anlayış
- Orta və ya irəli səviyyədə Excel bilikləri; məlumatların təhlili bacarığı üstünlükdür
- Təkmilləşdirmə layihələrinə rəhbərlik etmək, onları planlaşdırmaq və həyata keçirmək bacarığı
- Strateji düşüncə ilə güclü analitik və problem həll etmə bacarığı
- Əla ünsiyyət, kouçinq (təlim) və nəzarət bacarıqları
- Yüksək təşkilatçılıq qabiliyyəti, nəticəyə yönəliklik və məsuliyyətlilik
Qeyd: Maraqlanan namizədlər Müraciət Et düyməsində qeyd olunan e-mail ünvanına “Ət və təzə qida məhsulları üzrə mütəxəssis” başlığı ilə CV göndərərək müraciət edə bilər. Həmçinin bildirmək istərdik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Job summary: Meat & Fresh Counters Specialist is responsible for driving operational excellence, product quality, and customer satisfaction across meat and fresh food departments. This role focuses on performance analysis, process improvement, and ensuring compliance with food safety and service standards across all store locations.
Key duties:
- Lead initiatives to enhance customer experience, maximize sales, and increase profitability across the Meat & Fresh Counters segment.
- Strategically plan sales targets, control losses, and monitor daily performance to ensure continued business growth.
- Conduct in-depth root cause analyses for quality deviations and develop corrective and preventive action plans.
- Research and integrate best practices from both local and international markets to enhance product quality and operational efficiency.
- Monitor and evaluate store performance on meat and fresh product categories; develop tailored support plans to improve KPIs.
- Oversee and ensure consistent implementation of brand and service standards across all locations.
- Conduct regular, structured inspections and provide guidance to ensure stores meet food safety, hygiene, and customer service requirements.
- Develop and oversee corrective action plans for deficiencies identified during store audits and ensure timely implementation.
- Compile and present detailed reports on inspection outcomes, performance trends, and improvement measures.
- Assess product and service offerings based on customer feedback and market analysis; implement enhancements to better meet consumer needs.
- Drive operational efficiency through process improvements and data-driven decision-making.
- Serve as a mentor and resource for junior specialists and in-store teams, fostering a culture of accountability and excellence.
- Collaborate closely with cross-functional departments including Quality Assurance, Supply Chain, and Marketing to align on business goals.
- Ensure full compliance with internal policies, industry regulations, and food safety standards.
- Execute other duties as assigned by direct management in a timely and professional manner.
Required Qualification:
- Vocational education or University degree (preferably in Food Technology, Business Administration, or a related field)
- Minimum 1 year of relevant experience in meat products, fresh counters, or food retail operations,
- Proficiency in Russian or English (both preferred)
- Strong knowledge of meat and meat product classifications, processing, and handling standards
- Solid understanding of food safety and hygiene regulations
- Intermediate to advanced Excel skills; data analysis capability is a plus
- Proven ability to lead, plan, and execute improvement projects
- Strong analytical and problem-solving skills with a strategic mindset
- Excellent communication, coaching, and follow-up skills
- Highly organized, results-driven, and accountable
Note: Interested candidates may apply by sending their resume to the e-mail address in the Apply for job button, with “Meat & Fresh Counters Specialist” mentioned in the subject line. Only shortlisted candidates will be contacted for the next steps in the recruitment process.