Holdinq işçi axtarır - MAAŞ 1600 MANAT - VAKANSİYA
"Bank Respublika" ASC işçilər axtarır - VAKANSİYALAR
"Yelo Bank" işçi axtarır - VAKANSİYA
"AccessBank" işçi axtarır - VAKANSİYA
"ODONTOS LTD" işçi axtarır - MAAŞ 800-1600 MANAT - VAKANSİYA
"Azmədənistehsal" MMC işçi axtarır - MAAŞ 1500-2000 MANAT - VAKANSİYA
"Gravity Inc" işçi axtarır - 1700-2300 MANAT - VAKANSİYA
"Asfarma" işçi axtarır - MAAŞ 800-1000 MANAT - VAKANSİYA
"Başak Group" işçilər axtarır - MAAŞ 700-1000 MANAT - VAKANSİYALAR
"Mars Overseas" şirkəti işçilər axtarır - VAKANSİYALAR
"Zeytun Pharmaceuticals" işçi axtarır - VAKANSİYA
Bank Respublika ASC
Əmək münasibətlərinin tənzimlənməsi şöbəsinə mütəxəssis
Son tarix 27 may 2023 [email protected]
Ümumi vəzifə öhdəlikləri:
- Azərbaycan Respublikası Əmək qanunvericililiyinə əsasən işçilərin işə qəbulu, işdən azad edilməsi, vəzifə dəyişikliyi, əmək müqavilələrinin hazırlanması, elektron sistemə bildirişlərin işlənilməsi;
- İşçilərin şəxsi işlərini formalaşdırmaq və dəyişikliklərin uçotunu aparmaq;
- Əmək kitabçalarında müvafiq qeydlər aparmaq;
- İllik məzuniyyət qrafiklərini tərtib etmək, işçilərə məzuniyyətlərin verilməsinin uçotunu aparmaq, verilən məzuniyyətlərin cədvəl üzrə istifadə edilməsinə nəzarət etmək;
- İR strategiyası və planının hazırlanması və həyata keçirilməsində iştirak etmək;
- Əmr, sərəncam, eləcə də icrası nəzarət tələb edən tapşırıqların uçotunun aparılması;
- İR üzrə hesabatları tərtib etmək və tələb olunan yerə təqdim etmək;
- Əmək münasibətləri zamanı yaranan münaqişələri və mübahisələrin tənzimlənməsi işində iştirak etmək.
Namizədə qarşı tələblər:
- Ali təhsil (İnsan resurslarının idarə olunması, Menecment, İqtisadi sahələr üzrə ali təhsil arzuolunandır);
- İnsan resurslarının idarə edilməsi sahəsində ən azı 1 il iş təcrübəsi;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsini mükəmməl bilmək;
- Elektron Hökümət Portalları ilə işləmə bacarığı;
- MS Office proqramları üzrə biliklər;
- Dil bilikləri: Azərbaycan dili əla, Rus və İngilis dilləri yaxşı səviyyədə arzuolunandır;
- Analitik təhliletmə qabiliyyəti;
- Komandada işləmək bacarığı;
- Operativlik, dəqiqlik və səliqəlilik;
- Ünsiyyət qurmaq və yüksək icraçılıq bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 26 may 2023-cü il tarixinədək email-in mövzu hissəsində Əmək münasibətlərinin tənzimlənməsi şöbəsinin mütəxəssisi qeyd edərək elektron ünvanına göndərə bilər. Əks təqdirdə müraciətlərə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Aqro və mikrokreditlər üzrə kiçik mütəxəssis (Sabirabad və Yevlax filialları)
Son tarix 27 may 2023 [email protected]
Ümumi vəzifə öhdəlikləri:
- Potensial müştərilərin axtarışını həyata keçirmək və onlarla görüşlər keçirmək;
- Müştərilərin tələblərini nəzərə alaraq, uyğun bank məhsulunu təklif etmək;
- Bankın məhsullarının effektiv və keyfiyyətli satışı;
- Bank məhsullarının satışı üzrə müəyyən olunan planı yerinə yetirmək;
- Keyfiyyətli portfel formalaşdırmaq və portfeli idarə etmək.
Namizədə qarşı tələblər:
- Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır);
- İş təcrübəsi: bank, müştəri xidmətləri və ya satış sahəsində təcrübə arzuolunandır;
- Dil bilikləri: Azərbaycan dili (əla);
- Komputer bilikləri; Microsoft Office Programs (Word, Excel);
- Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
- Ünsiyyət tərzi ilə insanları cəlb etmə və inandırmaq bacarığı;
- Məlumatlar əsasında təhlil etmə və düzgün qərarvermə bacarığı;
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 26 may 2023-cü il tarixinədək email-in mövzu hissəsində Aqro və mikrokreditlər üzrə kiçik mütəxəssis (Sabirabad) və ya Aqro və mikrokreditlər üzrə kiçik mütəxəssis (Yevlax) qeyd edərək elektron ünvanına göndərə bilər. Əks təqdirdə müraciətlərə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.