Bank Respublika ASC
İnformasiya Təhlükəsizliyi Departamentində Təcrübə Proqramı
Son tarix 15 avq 2023 [email protected]
Ümumi vəzifə öhdəlikləri:
- Öz işinin peşəkarları yanında təcrübə keçmək;
- Real iş mühiti ilə tanış olmaq;
- Müvəffəqiyyətli karyera başlanğıcı üçün zəruri hesab olunan fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
- Bank sektorunda karyera qurmaq təşəbbüslərinizi gerçəkləşdirmək imkanı;
- “Bank Respublika” ASC-nin peşəkar komandasının bir üzvü olmaq şansı.
Namizədə qarşı tələblər:
- Ali təhsil (İnformasiya Texnologiyaları və İnformasiya Təhlükəsizliyi istiqamətləri üzrə təhsil arzuolunandır);
- 4-cü kurs tələbələri və ya yeni universitet məzunları təcrübə proqramına müraciət edə bilər;
- Azərbaycan dili (əla), Rus dili, İngilis dili (yaxşı səviyyədə arzuolunandır);
- Analitik düşüncə qabiliyyəti;
- Məsuliyyətlilik, operativlik, dəqiqlik;
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdimetmə bacarığı;
- Yeni bilik və bacarıqlara yiyələnmək həvəsi, təşəbbüskarlıq;
- Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə çevik uyğunlaşmaq bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 14 avqust 2023-cü il tarixinədək emailin mövzu hissəsində İnformasiya Təhlükəsizliyi Departamentində təcrübə proqramı qeyd edərək elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.
Korporativ bankçılıq üzrə mütəxəssis (Bakı)
Son tarix 12 avq 2023 [email protected]
Ümumi vəzifə öhdəlikləri:
- Müştərilərə bankın məhsul və xidmətləri haqqında ətraflı, dolğun məlumat və məsləhətlər vermək;
- Bankın korporativ müştərilərinə xidmət etmək;
- Hüquqi şəxslərə cari hesablar açmaq, aparmaq və bağlamaq;
- Əmanət hesabları üzrə faizlər və əmanətin ödənilməsini həyata keçirmək;
- Hesablar üzrə tələb olunan bütün əməliyyatları icra etmək;
- Qayda və təlimatlara uyğun olaraq hesab üzrə müştərilərin sərəncamlarını icra etmək;
- Bank sənədlərini Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinin tələblərinə uyğun qaydada tərtib etmək və rəsmiləşdirmək.
Namizədə qarşı tələblər:
- Ali təhsil (maliyyə, iqtisadiyyat və biznesin idarə edilməsi üzrə təhsil arzuolunandır);
- Aidiyyati sahə üzrə minimum 1 il iş təcrübəsi mütləqdir;
- Dil bilikləri: Azərbaycan dili mükəmməl, Rus və İngilis dili biliyi arzuolunandır;
- MS Office (Word, Excel, Outlook) proqramları üzrə biliklər;
- Məlumatlar əsasında təhlil etmə və düzgün qərar vermə bacarığı;
- Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
- Yeni bilik və bacarıqları özündə inkişaf etdirmək həvəsi;
- Komandanın bir üzvü olmaq üçün, yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 11 avqust 2023-cü il tarixinədək email-in mövzu hissəsində "Korporativ bankçılıq üzrə mütəxəssis (Bakı)" qeyd etməklə göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.