Baku Bus
Elektirik briqadiri (Formen)
Son tarix 23 avq 2024 - [email protected]
Elektirik briqadiri (Formen)
Əsas vəzifə və öhdəliklər:
- Texniki-təhlükəsizlik qaydalarını bilməli;
- Yüksək gərginlikli elektrik verilişi xətlərinin mühafizəsi,texniki istismarı qaydalarını bilməli;
- Yüksək gərginlikli transformator məntəqəsində acma və qoşma əməliyyat qaydalarını bilməli;
- Yüksək gərginlik ölcü alətlərindən istifadə qaydalarını bilməli;
- Paylayıcı şəbəkənin birxətli elektrik birləşməsi sxemlərini və avadanlıqların texniki xarakteristikalarını bilməli;
- Transformatorların iş prinsipini və istismar qaydalarını bilməli;
- Gərginliyi 0,4 kV dan – 35 kV qədər
- Kabel və Kabel əvəzləyici systemin istismar və xidmət qaydalarını bilməli;
- Paylayıcı şəbəkənin avadanlıqlarına qulluq edən işçilərin təhlükəsiz işləməsini təmin etmək qaydalarını bilməli;
- Təsdiq edilmiş plan qrafikə uyğun olaraq təmir işlərini yerinə yetirmək;
- Xidmət etdiyi ərazidəki avadanlıqların etibarlı və səmərəli işini təşkil etmək;
- Paylaşdırıcı qurğulardakı avadanlıqlarda və ya onun ayrı-ayrı hissələrində yaranan nasazlıqları mühəndis-elektrikə və rəhbərliyə məruzə etmək, verilən tapşırıq əsasında nasazlığı aradan qaldırmaq və görülən işlər barədə jurnalda qeydiyyatlar aparmaq;
- Şəbəkənin avadanlıqlarının mühafizə zonasının kənar təşkilat və şəxslər tərəfindən pozulub-pozulmamasını aydınlaşdırmaq;
- Carı və əsaslı təmir qrafiklərinin planına uyğun olaraq işlərin icrasını həyata keçirtmək. Aşkar edilmiş qüsurlar haqqında xüsusi jurnalda müvafiq qeydiyyatlar aparmaq;
- Paylayıcı şəbəkələrin avadanlıqlarında baş vermiş qəzaların, işdən imtinaların və bədbəxt hadisələrin araşdırılmasında yaxından iştirak etmək və onların təkrarlanmaması üçün tədbirlər planına uyğun işlər görmək;
- Yeni çəkiləcək elektirik verilişi xəttinin trassasının, paylayıcı qurğuların, transformator y/st-nın tikiləcək sahəsində görüləcək işlərdə yaxından iştirak etmək;
- Şəbəkənin mövsümə uyğun iş rejiminə hazırlanmasında yaxından iştirak etmək;
Vəzifə tələbləri:
- Ali və ya Orta ixtisas təhsili haqqında sənəd;
- Sahə üzrə minimum 5 il iş təcrübəsinə malik olmalı;
- Ofis proqramlarını bilməsi arzuolunandır;
- Yüksək gərginlik (35 kV kimi) sistemində əməliyyat aparması ücün sertifikati olması (arzu ediləndir)
- Stresə davamlı, dürüst və analitik düşünmə bacarığı olmalıdır;
- İşgüzar və məsuliyyətli olmalı;
İş şəraiti:
- İş günləri: Növbəli qrafik əsasında.
- Peşəkar, mehriban komandada iş
- Professional və maddi artım üçün perspektiv
- Əmək qanunvericiliyinə uyğun olaraq sənədləşmə
- Əmək haqqı müsahibə əsasında müəyyən ediləcək
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini “[email protected]” elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində göstərməyiniz xahiş olunu