Azərşəkər LLC
Anbar təsərrüfatı üzrə qrup rəhbəri
Son tarix 01 iyl 2024 - [email protected]
Vəzifə öhdəlikləri:
- Müəssisəyə aid olan təsərrüfatlarda maddi vəsaitlərin (əsas vəsaitlərin və mal-material ehtiyatlarının) idarə olunması üzrə proseslərin ən yaxşı təcrübələr əsasında qurulması, tətbiqi və inkişaf etdirilməsinin təmin edilməsi;
- Təsərrüfatlarda əsas vəsait və anbarların idarə olunması üzrə strukturların formalaşdırılması və inkişaf etdirilməsi, həmçinin həmin strukturlara funksional və metodoloji rəhbərlik etmək və strukturlarda müvafiq prosedur və proseslərin tətbiqinin təmin edilməsi;
- Anbarların və saxlanc yerlərinin fiziki vəziyyətinin, həmçinin anbarlama şəraitinin standartlara uyğun olmasını təmin etmək və bununla əlaqədar müvafiq düzəldici, inkişaf etdirici və önləyici təklif, hesablama və təqdimatların hazırlanması;
- Anbar işinin effektivliyinin artırılmasına, mal-materialların saxlanma xərclərinin və daşıma xərclərinin azaldılmasına, anbar işinin təşkilində müasir hesablama texnikası vasitələrinin tətbiqi üzrə tədbirlərin hazırlanmasına və həyata keçirilməsinə, avtomatlaşdırılmış anbar və logistika proseslərinin idarə olunmasına rəhbərlik edilməsi;
- Anbar sahəsindən səmərəli istifadə etmək şərti ilə saxlanılan məhsulların düzgün yerləşdirilməsinə nəzarət olunması, anbar qalıqlarına, “out of stock” və “over stock”-a nəzarət edilməsi;
- Məhsulların son istifadə tarixinə (SİT) nəzarət edilməsi, SİT bitməsinə müəyyən vaxt qalmış məhsulların siyahısının hazırlanıb, müvafiq strukturların məlumatlandırılmasının təmin edilməsi;
- Anbar işlərinin (malların qəbulu, saxlanılması, yüklənməsi, sayılması və s.) ümumi təşkili, idarə olunması;
- Funksiyadaxili inventarizasiyanın mütəmadi olaraq həyata keçirilməsinin təmin edilməsi;
- Xüsusi texnika və avadanlıqların icazəsiz işlədilməsinin, zədələnməsinin qarşısının alınması üçün operativ tədbirlər görülməsi;
- Satış proqnozlarına əsasən anbar ehtiyatlarının minimal saxlama səviyyəsi ilə planlanmasının təmin edilməsi;
- Sifarişlərin vaxtında və effektiv çatdırılmasının təşkili, yaranan problemləri (gecikmələr, sənədlərin düzgün idarə olunması, boş maşınların əraziyə buraxılmaması və s.) yerində həll edilməsi;
- Anbarlarda SƏTƏMM və yanğın təhlükəsizliyi qaydalarına əməl edilməsini təmin edilməsi.
- Həftəlik, aylıq və s. hesabatların hazırlanması və rəhbərliyə təqdim edilməsi.
Vəzifə tələbləri:
- Ali təhsil (iqtisadiyyat, maliyyə, və logistika sahələri üzrə arzu olunandır);
- Müvafiq sahə üzrə 2 il rəhbər vəzifədə olmaq şərti ilə, minimum 5 il iş təcrübəsi (kənd təsərrüfatı istiqaməti üzrə arzu olunandır);
- Müvafiq sahə üzrə sertifikatların olması arzu olunandır;
- MS Office və 1C proqramlarında mükəmməl işləmək bacarığı;
- Müvafiq sahə üzrə bağlı yerli qanunvericiliyi bilməli;
- Azərbaycan və İngilis dili bilikləri (Rus dili – arzuolunandır);
- Ezamiyyətlərə getmək imkanı və sürücülük vəsiqəsinin olması.
Əlavə məlumat:
- Struktur: Təchizat Zəncirinin İdarəedilməsi Departamenti
- Bilavasitə tabe olduğu şəxs: Departament Rəhbəri
- İş yeri: Bakı və Yevlax şəhərləri
- İş qrafiki: 5 günlük iş həftəsi (09:00-18:00);
Son müraciət tarixi: 30.06.2024
Qeyd olunan tələblərə uyğun namizədlərdən öz CV-lərini mövzu sətrində vakansiyanın adını (Anbar təsərrüfatı üzrə qrup rəhbəri) qeyd edərək elektron ünvanına göndərilməsi xahiş olunur.
Diqqət: Bu vəzifənin tələblərinə cavab verməyən, yuxarıda qeyd olunan qaydalara riayət etməyən və müəyyən olunmuş son tarixdən gec müraciət edən şəxslərin namizədliyinə baxılmayacaq !