AzerGold CJSC
Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş üzrə Tərcüməçi
Son tarix 24 iyn 2024 - Müraciət et
Vakansiyaya dair tələblər:
- Elmi, texniki, ictimai-siyasi, iqtisadi və başqa xüsusi ədəbiyyatları, patent yazılarını, normativ-texniki və mal müşayiət edici sənədləri, xarici ölkələrin idarə və müəssisələri ilə olan yazışma materiallarını, eləcə də seminar, iclas, yığıncaqların materiallarını tərcümə etmək;;
- Tərcümələrin əslini leksik, üslub və məna məzmununa dəqiq uyğunluğunu, elmi və texniki termin və qanunlara münasib qoyulmuş tələblərə riayət olunmasını təmin edərək, müəyyən olunmuş müddətdə şifahi və yazılı, tam və qısaldılmış tərcümələr etmək;
- Tərcümə materiallarını redaktə etmək;
- Xarici materiallar üzrə tematik xülasələrin tərtib olunmasında iştirak etmək;
- Terminlərin vahid şəklə salınması, elm, texnika və ya iqtisadiyyatın müvafiq sahəsi üzrə tərcümənin məzmunu, anlayış və təriflərinin təkmilləşdirilməsi işini, edilmiş tərcümələrin, annotasiya və referatların uçotunu, sistemləşməsini aparmaq;
- Tələb olunduğu zaman xarici səfərlərə ezam olunmuş rəhbər işçilərlə birlikdə onları müşayiət edərək tərcümə xidmətlərini (şifahi və yazılı) təşkil etmək;
Tələb olunan bilik, bacarıq və səriştələr:
- Microsoft Office proqramlarında işləmək bacarığı;
- Dil bilikləri: Azərbaycan, İngilis yaxşı səviyyədə tələb olunur. Rus dili arzuolunandır.
- Məsuliyyət, Əməkdaşlıq, Çeviklik, Kreativlik, Analitik düşüncə, Araşdırma bacarığı.
Tələb olunan təhsil və iş təcrübəsi:
- Ali təhsil tələb olunur
- Müvafiq sahə üzrə təcrübə müddəti - 2-3 il, Ümumi təcrübə müddəti - ən azı 4-5 il.
İş qrafiki:
- Əməkdaşın iş qrafiki gündə 8 saatdan, həftə ərzində isə 40 saatdan çox olmamaq şərtilə həftə içi 5 gün, saat 09:00-dan 18:00-a qədərdir. Nahar vaxtı saat 13:00-dan 14:00-dəkdir.
Əmək haqqı və əlavə imtiyazlar:
- Əmək haqqı müsahibə əsnasında təyin olunur.
- Əməkdaşlara beynəlxalq və yerli təlimlərdə (konfranslarda) iştirak etmək imkanı yaradılır.
- Əməkdaşlara idmanla məşğul olmaq üçün müəyyən idman mərkəzlərindən limitsiz istifadə hüququ verilir.
- Nəqliyyat xidməti.
- Rəqabətli mükafatlandırma sistemi.