Azər Türk Bank
Qeyri - maliyyə riskləri bölməsinin Bölmə rəhbəri
Son tarix 16 mar 2024 [email protected]
Təsvir:
- Aylıq əsasda əməliyyat və likvidlik risklərinin təhlili, icrası və hesabatlığının aparılması;
- Risk xəritəsini hazırlamaq və onun icrasının monitorinqini həyata keçirilməsi;
- Risk İştahası Bəyannaməsini hazırlamaq və onun icrasının monitorinqinin həyata keçirilməsi;
- Risk limitlərinin hazırlanması və müntəzəm olaraq monitorinqi;
- İldə iki dəfə olmaqla stress-test modellərinin hazırlanması, tətbiq edilməsi, modellərin daimi təkmilləşdirilməsi və nəticələri ilə bağlı hesabatların verilməsi;
- Likvidlik əmsallarının hesablanması və təhlili;
- Ödəniş müddətləri bölgüsü və likvidlik “qəp” təhlilinin aparılması;
- Bankın yeni məhsulları/limitləri və xidmətlərinin baş verə biləcək risklərə məruz qalma ehtimalının təhlili və onların minimuma endirilməsi və idarə olunması üçün təkliflərin verilməsi;
- Risklərin siyasətinin inkişafı və təkmilləşdirilməsi;
- ESİ amillərini ehtiva edən maliyyə və qeyri-maliyyə risklərinin qiymətləndirilməsi;
- Aylıq əsasda bütün risklərin və hadisələrin aşkarlanması, ilkin diaqnozu və prioritetliyinin effektiv və ardıcıl tətbiq olunmasının təmin edilməsinə və onların risk reyestrinə əlavə olunmasına nəzarət edilməsi;
- Rəhbərlik üçün gündəlik, aylıq və rüblük risklərin təhlilinin hazırlanması;
Tələblər:
- Risk və maliyyə hesabatlığının təhlili bacarığı;
- Statistik və Ekonometrik təhlili bacarığı;
- Azərbaycan Respublikasının “Banklar haqqında” qanunu, həmçinin Mərkəzi Bankın normativ xarakterli aktlarına bələd olma;
- Peşəkar sertifikatlar arzuolunandır (FRM,ACCA,CFA);
- Əməliyyat, bazar, kredit və likvidlik riskləri, modelləşdirmə, xəzinədarlıq və ya korporativ maliyyə funksiyası üzrə 3-5 illik iş təcrübəsi;
- Analitik bacarıqlar və məlumat bazası (Python) və SQL ilə işləmək bacarığı;
- Microsoft Office ailəsinə daxil olan proqramlar (Xüsusən Excel, PowerPoint və Power BI) – yaxşı səviyyədə bilmək;
- İnqilis dili orta səviyyə, rus dili arzu olunandır;
- Namizədin aşağıdakı ixtisaslar üzrə bakalavr və ya magistr pilləsi üzrə təhsilinin olması arzuolunandır:
- Maliyyə / Mühasibatlıq;
- Risklərin idarə edilməsi;
- Mexanika – Riyaziyyat.
Maliyyə riskləri bölməsinin Bölmə rəhbəri
Son tarix 16 mar 2024 [email protected]
Təsvir:
- Kredit risklərinin idarəedilməsi metodologiyasının inkişaf etdirilməsi, inteqrasiya edilməsi və davamlılığının təmin edilməsi;
- Bütün kredit məhsul seqmentləri üçün qiymətləndirmə modellərinin işlənilməsi və daim yenilənməsi;
- Aylıq əsasda IFRS9 standartlarına uyğun olaraq bankın bütün aktiv seqmentləri üzrə ehtiyatların yaradılması və modelin daimi yenilənməsi;
- MB-nın qüvvədə olan qaydalarına uyğun olaraq kreditlərin düzgün və vaxtında təsnifləşdirilməsinin təmin edilməsi;
- Kredit riski limitlərinin hesablanması və prosedura uyğun olaraq tövsiyələrin verilməsi;
- Bankda risk mədəniyyətinin təkmilləşdirilməsi alətlərinin təmin edilməsi və risk imkanlarının səviyyəsinin artırılması;
- Əsas risk faktorlarının müəyyən edilməsi və monitorinqi, həmçinin təklif olunan həlləri hazırlamaq üçün portfel səviyyəsində məlumatların təhlil edilməsi;
- Yaradılan yeni kredit məhsulları üzrə potensial risklərin müəyyən edilməsi və təkliflərin verilməsi;
- Statistik modellərin hazırlanması və mövcud kredit risklərini qiymətləndirən modellərin yenilənməsi;
- Bankın kapital, valyuta və faiz dərəcəsi risklərinin idarə edilməsi üçün tətbiq edilmiş strategiyanın tələblərinin icra edilməsi;
- Bazar riskinin idarə edilməsi üzrə daxili siyasət və prosedurların daim yenilənməsi, dəstəklənməsi və icrasının təmin edilməsinə nəzarət;
- Bazar riskinin təhlili, idarə edilməsi və bazar göstəriciləri üzrə hesabat və proqnozların hazırlanması;
- Bazar risklərinin idarə edilməsi üçün erkən xəbərdarlıq sisteminin qurulması;
- Kredit portfelinin idarə edilməsi üzrə məsləhətlərin verilməsi üçün məlumatın analizi və izah edilməsi;
- Kredit risklərinin qiymətləndirilməsi üçün lazım olan statistik və analitik kompetensiyaların, alətlərin və texnikaların tətbiq edilməsi;
- Skorinq və reytinq modellərinin qurulmasında və tətbiqində iştirak edilməsi;
Tələblər:
- Risk və maliyyə hesabatlığının təhlili bacarığı;
- Statistik və Ekonometrik təhlili bacarığı;
- Azərbaycan Respublikasının “Banklar haqqında” qanunu, həmçinin Mərkəzi Bankın normativ xarakterli aktlarına bələd olma;
- Peşəkar sertifikatlar arzuolunandır (FRM,ACCA,CFA);
- Əməliyyat,bazar, kredit və likvidlik riskləri, modelləşdirmə, xəzinədarlıq və ya korporativ maliyyə funksiyası üzrə 3-5 illik iş təcrübəsi;
- Analitik bacarıqlar və məlumat bazası (Python) və SQL ilə işləmək bacarığı;
- Microsoft Office ailəsinə daxil olan proqramlar (Xüsusən Excel, PowerPoint və Power BI) – yaxşı səviyyədə bilmək;
- İngilis dili orta səviyyədə, rus dili arzu olunandır;
- Namizədin aşağıdakı ixtisaslar üzrə bakalavr və ya magistr pilləsi üzrə təhsilinin olması arzuolunandır:
- Maliyyə / Mühasibatlıq;
- Risklərin idarə edilməsi;
- Mexanika – Riyaziyyat.
Risk Texnologiyaları şöbəsinin müdiri
Son tarix 16 mar 2024 [email protected]
Təsvir:
- Statistik və analitik hesabatların, məlumat modellərinin və qrafik panellərin hazırlanması və yoxlanılması;
- İnteqrasiya edilmiş məlumatların dəqiqliyini və ardıcıllığını təmin etmək üçün hərtərəfli sınaqdan keçirilməsi;
- İnteqrasiya edilmiş məlumatların yoxlanılması üçün hərtərəfli sınaq ssenarilərinin hazırlanması;
- Statistik texnikaları istifadə edərək əhəmiyyətli elementləri saxlamaq şərtilə məlumatları təhlil etmək;
- Tətbiq edilmiş model üzrə interpretasiya edilməsi və müvafiq hesabatların hazırlanması;
- Skorinq və reytinq modellərinin yenilənməsində və tətbiqində iştirak edilməsi;
- Müntəzəm olaraq makroiqtisadi təhlillərin aparılması;
Tələblər:
- Verilənlərin analitikası, verilənlər bazaları, statistik modelləşdirmə, proqnozlaşdırıcı analitika, yanında satın alma modeli, maşın öyrənməsi və ya məlumat elmi ilə bağlı iş təcrübəsi;
- Böyük verilənlərin inkişaf etdirilməsi təcrübəsi və Python (və ya oxşar dillər) və əlaqəli analitika kitabxanaları üzrə praktiki biliklər;
- Vizuallaşdırma bacarıqları (Power BI və ya digərləri);
- Risk texnologiyaları və modelləşdirmə funksiyası üzrə 3-5 illik iş təcrübəsi;
- Analitik bacarıqlar və məlumat bazası (Python) və SQL ilə işləmək bacarığı;
- Risk və maliyyə hesabatlığının təhlili;
- Statistik və Ekonometrik təhlil;
- Azərbaycan Respublikasının “Banklar haqqında” qanunu, həmçinin Mərkəzi Bankın normativ xarakterli aktlarına bələd olma;
- Peşəkar sertifikatlar arzuolunandır (FRM);
- Microsoft Office ailəsinə daxil olan proqramlar (Xüsusən, Excel, PowerPoint və Power BI) – yaxşı səviyyədə bilmək;
- Namizədin aşağıdakı ixtisaslar üzrə bakalavr və ya magistr pilləsi üzrə təhsilinin olması arzuolunandır:
- Maliyyə / Mühasibatlıq
- Risklərin idarə edilməsi
- Mexanika – Riyaziyyat
- Ekonometrika, Statistika