Avant Group MTK
Audit üzrə mütəxəssis
Son tarix 27 avq 2023 - [email protected]
Tələblər:
- Maliyyə sahəsində ali təhsil;
- Audit sahəsində minimum 1 il təcrübə (tikinti sektoru təcrübəsi üstünlükdür);
- Yüksək səviyyədə texniki (kompyüter) bacarığı (MS Windovs, MS Office, 1C və s)
- Beynəlxalq audit standartları (BAS) üzrə üsullar haqqında biliklər;
- Riyazi təhliletmə bacarığı, risklərin idarə olunmasına dair biliklər, özünü tənqidetmə və müstəqilliyi qoruma qabiliyyəti, müşahidə aparmaq və faktları müəyyən etmək bacarığı;
- CİA/ACCA sertifikatları üstünlükdür;
- Azərbaycan dili mükəmməl, İngilis dili orta (Rus dili üstünlükdür).
Vəzifə öhdəlikləri:
- Departament rəhbəri tərəfindən tərtib edilmiş aylıq plana əsasən xidməti təminat aparılan strukturlarda iş fəaliyyətini özündə əks etdirən proses və qaydaları izləmək, epizodik yoxlama və araşdırmalar, monitorinqlər həyata keçirmək;
- Risklərin müəyyən edilməsi və idarə edilməsi məqsədilə xidməti təminat apardığı struktur bölmələrdə neqativ halları müəyyən etmək, onların yaranmasına səbəb olan amilləri aradan qaldırmaq;
- Şirkətin balansında olan əmlakların faktiki mövcudluğuna, uçot üzrə hərəkətinə, təyinatı üzrə düzgün istifadəsinə, mövcud vəziyyətinə və silinməsinə dair dövri olaraq inventarizasiya və təftiş yoxlamalarının aparılmasını icra etmək;
- Alışlar zamanı malların və xidmətlərin səmərəlliyinin analiz edilməsi.Material təsnifatında tikinti normaları və qanunvericiliklə təyin edilmiş keyfiyyət standartlarına uyğunluğun təmin etmək;
İş yeri: Çıraq Plaza
5 günlük iş qrafiki, iş vaxtı: 09:00-dan 18:00-dək;
Əmək haqqı 1200-1500 azn
Nahar şirkət tərəfindən təmin olunur;
Qeyd olunmuş tələblərə cavab verən namizədlər CV-ni elektron ünvanına göndərə bilər.