Alliance Property Management Group
Biznes administrator
Son tarix 01 okt 2024 - [email protected]
Vəzifə: Biznes administrator
Şirkət: Alliance Property Management Group MMC
Ünvan: Atatürk prospekti 2a
Komandamıza təcrübəli Biznes administrator axtarırıq!
İşin təsviri:
- Mövcud icarəçilərlə görüşlər keçirmək, onların ehtiyaclarını anlamaq və dəstək göstərmək. Ehtiyac yarandığı təqdirdə yaranmış problemlərin həlli üçün uyğun şəxsə yönləndirmək.
- Biznes mərkəzinin gündəlik əməliyyatlarını koordinasiya etmək, tabeliyində olan işçilərə (xadimə, baş xadiməçi, qeydiyyatçı, fəhlə, texnik) nəzarət etmək.
- Biznes mərkəzinin təmizliyinə, təhlükəsizliyinə və digər göstərilən xidmətlərinə nəzarət etmək
- İcarə prosedurunu idarə etmək, potensial müştərilərlə mütəmadi olaraq görüşlər keçirmək, onlara biznes mərkəzi haqqında ətraflı məlumat vermək, iş mərkəzinin doluluq faizini artırmaq, icarə müqavilələrini hazırlamaq, yeni icarəçilərə ofisləri təqdim etmək
- Ofislərin icarəsi üçün uyğun saytlarda elanlar yerləşdirmək, iş mərkəzinin doluluq faizini artırmaq
- İcarəçilər və müştərilər tərəfindən edilən Telefon zənglərini və elektron məktubları cavablandırmaq
- Şöbədaxili xərclərə nəzarət etmək
Tələblər:
- Ali təhsil;
- Bu sahədə iş təcrübəsi vacibdir;
Dil bilikləri:
- Azərbaycan dili – sərbəst;
- İngilis dili və ya Rus dili - arzuolunan
İş şəraiti:
- Əmək haqqı: 800-1000 AZN;
- İş qrafiki: 5 günlük iş həftəsi;
- İş saatı 09:00 – dan 18:00 - dək;
- İstirahət günü: Şənbə və Bazar günü;
Qeyd olunan tələblərə cavab verən namizədlərdən CV-lərini mövzü hissəsinə "Biznes administrator" qeyd edərək e-mail ünvanına göndərmələri xahiş olunur.
Müraciətlər vakansiyanın tələblərinə əsasən dəyərləndiriləcək və yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.