Alfa Audit LLC
Aparıcı Mühasib
Son tarix 03 okt 2024 - [email protected]
Vəzifələr:
- Vergi məcəlləsinin və Milli Mühasibat Uçotu Standartlarının tələblərinə uyğun olaraq müəssisənin dəqiq uçotunu qurur;
- Vergiləri və DSMF ayırmalarını düzgün hesablamaq və vaxtında dövlət büdcəsinə köçürülməsini təşkil edir;
- Müəssisə tərəfindən həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks etdirilməsini təmin edir;
- Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim edilməsini təminedir;
- Vergi orqanları ilə yazışmaları aparacaq, e-qaimələrin vaxtında və düzgün təqdim olunmasını təmin edir;
- Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotunu aparır;
- Mal satışlarının, işlərin və xidmətlərin görülməsinin uçotunu aparmaq;
- Pul vəsaitlərinin, mal-material qiymətlilərinin və əsas vəsaitlərin inventarizasiyasını keçirmək;
- İdxal Gömrük Bəyannamələri əsasında malların maya dəyərini hesablamaq;
- Əmək haqqı hesablama cədvəllərini hazırlamaq (əmək haqqıların, məzuniyyət pullarının, son haqq- hesabların, xəstəlik vərəqələrinin
- hesablanması şərtilə) və əmək haqqlarını ödəmək;
- Rəhbərliyin işlə bağlı verdiyi bütün tapşırıqları vaxtında və dəqiq olmaqla həll etmək;
- Ödənişləri nəzarətdə saxlamaq, “internet banking” vasitəsilə hesablara nəzarət etmək və ödəmələr edir;(ölkədaxili və ölkəxarici)
- Gördüyü işlərlə bağlı aylıq hesabatlar tərtib edir;
- Maliyyə hesabatlarını (Balans hesabatı, Mənfəət və Zərər hesabatı, Pul vəsaitlərinin hərəkəti hesabatı) hazırlayır;
- Məxfilik prinsiplərini pozmamaq.
İş şəraiti:
- Azərbaycan Respublikası Əmək Məcəlləsinə əsasən sənədləşmə;
- 5 günlük iş rejimi;
Tələblər.
- Azı 5 il özəl sahənin təcrübəsi olmalıdır;
- Vergi qanunvericiliyini və Milli Mühasibat uçotunu mükəmməl bilməli, dəyişiklikləri izləməli və zamanında tətbiq etməlidir;
- Beynəlxalq Mühasibat uçotunu bilməsi arzuolunandır;
- 1C 8.2 v 8.3 proqramında sərbəst işləmək təcrübəsi (İstehsal və satış və s.) ;
- Azərbaycan dili mükəmməl,rus və ingilis dili biliyi arzuolunandır;
- Excell proqramında yüksək səviyyədə işləmə bacarığı ;
- Analitik düşüncə proqnoz etmə bacarıqları,
- Problemləri təhlil və həll etmə bacarığı
- katı (KOS və ya MHBS)
Maraqlanan namizədlər, xahiş edirik vakansiyanın adını yazıb, CV-lərinizi c elektron ünvanına yollayasınız.