AGT Cargo
Biznesin inkişafı üzrə menecer
Son tarix 25 avq 2024 - [email protected]
Vəzifə öhdəlikləri:
- Yeni müştərilər cəlb etmək və konteyner daşımaları üzrə yeni müştəri bazası yaratmaq
- Konteyner vasitəsilə yükdaşımaları bütün proses boyunca izləmək
- Müştərilərdən daşıma üzrə daxil olan müraciətləri cavablandırmaq
- Yük daşınma bazarını mütəmadi təhlil etmək, müvafiq təkliflər hazırlamaq
- Yük sahiblərinin yükünün sifariş ünvanları üzrə əlverişli hərəkət marşurutlarını müəyyən etmək, təklif hazırlamaq
- Daşıma təklifi üzrə yük sahibinin suallarını cavablandırmaq, razılaşmanı təmin etmək
- Ekspeditor şirkətlərlə əməkdaşlıq yaratmaq, yük sahibinin daşıma sifarişlərinin icrasında ekspeditor xidmətlərin rolunu müəyyən etmək, onların effektivliyini qiymətləndirmək
- Dövrü olaraq yük daşıması xidmətlərindən faydalanan müştəri bazasını, hərəkət marşurutlarını və daşımanın gəlirliyini qiymətləndirmək, optimallaşdırma imkanlarını müəyyən etmək
- Ekspeditorların daşıma xidmətlərinin performansını qiymətləndirmək, əlverişli qiymət tədarük imkanlarını müəyyən etmək, ekspeditor loyallığını təmin etmək
- Potensial və mövcud müştərilərin yük hərəkətini təhlil etmək, daşıma xidməti üzrə təkliflərlə müştəriyə çıxmaq
- Daşıma hərəkətlərinin reyestrini yaratmaq, planlanan tarix üzrə icra vəziyyətini izləmək
- Yüklərin sərhəd keçid məntəqələrindən giriş-çıxışını nəzarətdə saxlamaq
- Daşımalar üzrə əlverişli hərəkət marşurutlarını müəyyən etmək, daşımanı təmin etmək
- Müştəri performansı üzrə hesabatlar, arayışlar və məlumatlar hazırlamaq İşçi heyətini idarə etmək, iş bölgüsünü aparmaq, hədəfləri müəyyənləşdirmək, icrasına nəzarəti və qiymətləndirilməsini təmin etmək
- Gündəlik reyslərin izlənməsi
- Aylıq, rüblük hesabatların hazırlanması və təqdimatı
Namizədə qarşı tələblər:
- Ali təhsil İdarəetmə sahəsində minimum 5 il, o cümlədən logistika sahəsində (xüsusən də kontayner daşımalarında) 3 illik iş təcrübəsi
- Dil bilikləri: Azərbaycan, Rus və İngilis dillərini əla səviyyədə bilməli
- Komputer bilikləri: Word, Excel, Outlook proqramlarını mükəmməl bilməli
- İş yeri : Winter Park Plaza Premium Offices
- İş saatı: 08:30-17:30
- Əmək haqqı: 2500-3000 AZN + Bonus
Göstərilən tələblərə uyğun namizədlər öz CV-lərini elektron ünvanına göndərə bilərlər.