Access Bank
Maliyyə Hesabatları üzrə Mütəxəssis
Son tarix 06 iyl 2023 Müraciət et
Təsvir:
- Mövcud kredit müqavilələri əsasında tələb olunan aylıq, rüblük və illik hesabatlarının hazırlanması;
- Mövcud kredit müqavilələrinin tələblərinə riayət olunmasına nəzarət və bu haqda beynəlxalq maliyyə tərəfdaşlarının mütəmadi məlumatlandırılması;
- Menecment, Səhmdərların və Beynəlxalq kreditorların/tərəfdaşların tələblərinə uyğun formatda bank daxili məlumatlar üzrə gündəlik sorğuların cavablandırılması;
- Yeni məlumatların əldə edilməsi və hesabatların hazırlanması üçün İT departamenti ilə əməkdaşlığın edilməsi;
- Bankın digər departament və şöbələri ilə müsbət və effektiv əməkdaşlığın təmin edilməsi;
- Maliyyə Hesabatı Departamentinin Rəhbəri tərəfindən qoyulmuş bütün öhdəliklərin yerinə yetirilməsi.
Tələblər:
- Ali təhsil;
- Dil bilikləri: Azərbaycan, rus və ingilis dilləri üzrə səlis danışıq bacarığı;
- MS Office proqramları ( xüsusilə MS Excel və MS Power Point) biliyi;
- SQL üzrə biliklər;
- Kollektivdə çalışmaq qabiliyyəti və arzusu;
- Mühasibatlıq işinin əsasları üzrə biliklər;
- Müstəqil işləmək bacarığı.