“Kredit Evi” QSC: Bakı,Sumqayıt,Sabirabad,Ağdaş,Gəncə,Tovuz,Biləsuvar,Neftçala,Ağcabədi filialları üçün: “Kredit işçisi” vakansiyası elan edir.
Kredit işçisi üçün tələblər:
• Yaş həddi: 21-30 yaş
• Təhsil: İqtisadiyyat yönümlü ali təhsil
• İş təcrübəsi: Arzu olunandır
• Dil bilikləri: Azərbaycan dilini yaxşı səviyyədə, Rus dili biliyi arzu olunandır
• Komputer bilikləri: MS Office proqramlarını (xüsusilə Word və Excel) yaxşı səviyyədə bilməlidir.
• Bacarıqlar: Analitik düşünmə qabiliyyəti, təşəbbüskarlık qabiliyyəti, dəqiqlik, komanda da işləmə qabiliyyəti, yüksək ünsiyyət və təqdim etmə qabiliyyəti olmalıdır.
İşin təsviri:
• Aidiyyatı coğrafi ərazidə potensial müştəriləri cəlb etmək, kredit verilişini həyata keçirilməsi üçün birbaşa təbliğat-təşviqat işləri də daxil olmaqla müxtəlif mexanizmlər vasitəsilə potensial müştərilərlə görüşlər keçirmək, onları kredit verilməsi prosesinə cəlb etmək;
• Kredit üçün müraciət etmiş müştərilərin müraciətlərini qəbul etmək, təhlil etmək və rəsmiləşdirmək. Geri ödənişlərin normal axınını təmin etmək;
• Əmək funksiyaları çərçivəsində rəhbərlik tərəfindən verilən digər tapşırıqları icra edir.
Tələblərə cavab verən şəxslər şəkilli CV-lərini (şəkilli cv mütləqdi) [email protected] elektron ünvanına göndərə bilərlər.
Müsabiqənin növbəti mərhələlərinə yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar. Müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində göstərin (Filialın adı- Bakı,Sumqayıt,Sabirabad, Ağdaş,Gəncə,Tovuz,Biləsuvar,Neftçala,Ağcabədi – Kredit işçisi). Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.
“Kredit Evi” QSC Sumqayıt filialı üçün “Filial Müdiri” vakansiyası elan edir.
Müdir üçün Tələblər:
• Ali ixtisas təhsili (iqtisadiyyat, biznes / menecment sahəsində təhsili olanlara üstünlük verilir);
• Maliyyə/Kredit sahəsində minimum 5 il iş təcrübəsi, o cümlədən idarəetmədə minimum 3 il iş təcrübəsi;
• Azərbaycan dilini mükəmməl bilmək;
• Daxili motivasiya və prinsipiallıq;
• Öyrənmək və öyrətmək bacarığı (kredit mütəxəssislərinin hazırlanması ilə bağlı iş təcrübəsinin olması);
• Şəhərin inzibati ərazi bölgüsünü yaxşı tanıması;
• Regionda və əvvəlki iş yerlərində müsbət reputasiyaya malik olması;
• Yüksək idarəetmə qabiliyyəti və analitik (maliyyə təhlili üzrə) biliklər.
Vəzifə və öhdəlikləri:
• Filial işçilərinin illik qiymətləndirmə prosesində iştirak etmək;
• Bütün kredit verilmə prosesini və müəyyən edilmiş prosedurları nəzarətdə saxlamaq;
• Kreditlərin təsdiqi prosesinə rəhbərlik etmək, kredit müqavilələrini təsdiqləmək.
• Filialın kredit portfelinin keyfiyyətini və məhsuldarlığını təhlil etmək və kredit portfelinin keyfiyyətinə nəzarət etmək;
• Kreditlərin tam həcmdə və vaxtında qaytarılmasını təmin etmək (problemli kreditlərlə işləyərək onları idarə etmək). Portfelin bütün problemləri haqqında dərhal rəhbərliyi məlumatlandırmaq;
• Filialın Aktiv Kredit Portfelinin riskə məruz qalan hissəsinin riskdən çıxarılmasına və sağlamlaşdırılmasına nəzarət etmək;
• Filialın marketinq planının hazırlanması, kredit mütəxəssisləri üzrə ərazi bölgülərinin hazırlanması və təkliflərin verilməsi;
• Filialın illik büdcəsinin və əməliyyat planlarının işlənib hazırlanmasında iştirak etmək və təsdiq olunmuş plana uyğun olaraq icranı təmin etmək.
• Qarşıya qoyulmuş kredit planı hədəfləri yerinə yetirmək
Tələblərə cavab verən şəxslər şəkilli CV-lərini (şəkilli cv mütləqdi) [email protected] ünvanına göndərə bilərlər.
Müsabiqənin növbəti mərhələlərinə yalnız tələblərə cavab verən namizədlər dəvət olunacaqlar. Müraciət etdiyiniz vəzifənin adını e-məktubunuzun mövzu hissəsində göstərin (Sumqayıt – Müdir). Əks təqdirdə belə müraciətlərin namizədliyinə baxılmayacaq.