Dövlət qurumu
Satınalma departamentinin direktoru
Son tarix 21 sen 2024 - [email protected]
Vəzifə öhdəlikləri:
- Cəmiyyətin daxili satınalma qaydalarına, “Dövlət satınalmaları haqqında” qanunun və digər normativ-hüquqi sənədlərin tələblərinə əsasən satınalma prosedurlarının təşkil edilməsi;
- Satınalma planının hazırlanması və icra edilməsi;
- Bazarın təhlili, tələb olunan məhsul və xidmətlərin daxili və xarici bazarda araşdırılması;
- Ən uyğun təchizatçı və tədarükçülərin seçimi, yazışmaların və danışıqların aparılması;
- Təchizatla bağlı müqavilələrin şərtlərinin müəyyən olunması, hazırlanması və həyata keçirilməsinə nəzarət edilməsi;
- Alınmış məhsul və ya xidmətin keyfiyyət və logistika məsələlərinin həllinə dəstək göstərilməsi;
- Təchizatçı və tədarükçü bazasının yaradılması, təchizatçıların və tədarükçülərin qiymətləndirilməsi;
- Tədarükçü şirkətlərdən qiymət təkliflərinin alınması, təkliflərin müqayisəli təhlilinin aparılması və optimal təklifin rəhbərliyə təqdim edilməsi;
- Sifarişlərin yönləndirilməsi, prosesin izlənilməsi və sürətləndirilməsi;
- Tələbatlarla bağlı proqnozlaşdırmanın aparılması və ehtiyacların müəyyən olunması;
- Strateji layihələrin Satınalma tərəfindən iradə edilməsi, layihələr üzrə müvafiq KPİ və yol xəritəsi hazırlanmasında dəstək göstərilməsi;
- Fəaliyyət istiqaməti üzrə hesabatların hazırlanması və analiz olunması.
Tələb olunan bilik və bacarıqlar:
- Ali təhsil ( İqtisadiyyat, maliyyə, hüquq və ya digər müvafiq sahə üzrə bakalavr təhsili)
- Dövlət satınalmaları haqqında AR qanunvericiliyini bilməli;
- Dövlət satınalmaları üzrə təcrübəyə üstünlük verilir
- Müvafiq sahə üzrə ən azı 5 il iş təcrübəsi
- SAP ilə işləmə bacarığı üstünlükdür
- Microsoft Office (Word, Excell, Outlook) proqramlarında yüksək səviyyədə işləmə bacarığı;
- CİPS beynəlxalq sertifikatın olması üstünlükdür
- Azərbaycan dilini sərbəst bilməli (rus və ingilis dili arzuolunandır);
Maraqlanan namizədlər CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək e-mail ünvanına göndərə bilərlər