Dövlət qurumu
Hüquqşünas
Son tarix 19 may 2024 [email protected]
Əsas vəzifə öhdəlikləri:
- Müqavilələrin hazırlanması, kontragentlərdən daxil olmuş müqavilələrin hüquqi ekspertizasının həyata keçirilməsi;
- Müqavilə danışıqlarında birbaşa iştirak, müqavilə şərtlərinin qurumun mənafeyi nəzərə alınmaqla razılaşdırılması;
- Qurumun fəaliyyətini tənzimləyən normativ hüquqi aktların, qayda, prosedur, əmr və digər sənədlərin layihələrini hazırlamaq və ya hazırlanmasında iştirak etmək;
- Digər struktur bölmələr tərəfindən tərtib edilmiş əmr, təlimat, qayda və digər sənədlərə hüquqi rəy verilməsi;
- Rəhbərliyin tapşırığı ilə arayışların, bildirişlərin və digər məlumatların hazırlanması.
Namizədə dair tələblər:
- Ali hüquq təhsili;
- Hüquq sahəsi üzrə ən azı 2 il iş təcrübəsi (müqavilələrlə iş təcrübəsi arzuolunandır);
- Azərbaycan dilini sərbəst, ingilis dilini yaxşı bilməlidir. Rus dilini bilməsi arzuolunandır;
- Xüsusilə dövlət satınalmaları və müqavilələrin tərtib olunması sahəsində iş təcrübəsi;
- Hüquqi nitq və yazışma qabiliyyəti;
- İşgüzar, təşəbbüsçü və məsuliyyətli.
Əmək haqqı: Namizəddən asılı olaraq 1200 AZN-dən başlayaraq 2000 AZN-ə kimi.
Maraqlanan namizədlərin CV-lərini e-mail ünvanına göndərmələri xahiş olunur.