Dövlət qurumu
Satınalma şöbəsində baş mütəxəssis
Son tarix 06 iyl 2024 - [email protected]
İş Yeri: Bakı şəhəri
İş Rejimi: 5 günlük 09:00-18:00
Sığorta: İcbari
Namızədə tələblər:
- Təhsil: Ali təhsil;
- İş təcrübəsi: Müvafiq sahə üzrə minimum 2 il təcrübə;
- Xüsusi biliklər:
- Dövlət satınalmaları haqqında qanunvericiliyi bilməli;
- etender.gov.az portalından istifadə edə bilməli;
- Azərbaycan dilini sərbəst bilməli, rus və ingilis dili arzuolunandır;
- Word, Excel və 1C proqramları ilə işləmək bacarığı olmalıdır.
İşin qısa təsviri:
- Dövlət satınalmalar haqqında qanunun tələblərinə uyğun olaraq satınalma prosedurlarının həyata keçirilməsi
Vəzifə öhdəlikləri:
- Ehtimal olunan qiymətin hesablanması üçün bazar araşdırılmasının aparılması və müvafiq formanın təsdiq etdirilməsi
- Elektron satınalmalar portalında və dövlət qəzetlərində satınalma proseduru ilə bağlı elanların yerləşdirilməsi
- İxtisaslaşmış malgöndərənlərin siyahısının hazırlanması və onlara dəvət məktublarının göndərilməsi
- Dövlət satınalmalar haqqında qanunun tələblərinə uyğun olaraq satınalma prosedurlarının həyata keçirilməsi, tenderin əsas şərtlər toplusunun, iclas protokolunun, yekun protokolun hazırlanması və komissiya üzvləri tərəfindən təsdiq edilməsi üçün zəruri tədbirlərin görülməsi
- Tenderin nəticəsi ilə bağlı yekun protokolun müvafiq dövlət orqanına göndərilməsi və qeydiyyata alınması ilə bağlı prosesin nəzarətdə saxlanılması
- Tenderin nəticəsi ilə bağlı bildirişin və müqavilə məlumatının qanunda müəyyən edilmiş müddət ərzində elektron satınalmalar portalında yerləşdirilməsinin təmin edilməsi və iddiaçı şirkətlərə bununla bağlı aksept və məlumat xarakterli məktubların göndərilməsi
- Tender komissiyasının işinin təşkili, iddiaçılardan daxil olan sorğuların cavablandırılması.
- Satınalma müqavilələrinin hazırlanması, təsdiq etdirilməsi, əlavə və dəyişikliklərin hazırlanması, ləğv edilməsi, icrasına nəzarət edilməsi və reyestrinin aparılması.
- Daxil olmuş hesab fakturaların, aktların müqavilə öhdəliklərinə uyğunluğunun yoxlanılması
- Dövlət satınalmaları haqqında qanunun tələbləri nəzərə alınmaqla il ərzində eyni kateqoriyadan olan malların (işlərin və xidmətlərin) ayrı-ayrı müqavilələrə bölünməməsinə nəzarət etmək
- Agentlikdə həyata keçirilən satınalma prosedurları ilə bağlı rəhbərlik və digər dövlət orqanları üçün hesabatların hazırlanması
- Xərclərin azaldılması məqsədilə təkliflər vermək
- Agentliyin büdcə layihəsinin hazırlanmasında iştirak etmək
Əmək haqqı razılaşma əsasında;
Qeyd olunan tələblərə cavab verən namizədlərdən öz CV-lərini məktubun mövzu hissəsində “Satınalma üzrə baş mütəxəssis” qeyd etməklə elektron ünvanına göndərmələri xahiş olunur.
Dövlət satınalmaları haqqında qanununu bilməyənlərlə əlaqə saxlanılmayacaq. Yalnız tələblərə cavab verən namizədlərlə əlaqə saxlanılacaq.
Baş məsləhətçi (mexanika mühəndisi)
Son tarix 06 iyl 2024 - [email protected]
İş yeri: Zəngilan, Cəbrayıl, Qubadlı
Vəzifə funksiyaları:
- Tikinti işlərinin aparılmasında texnoloji ardıcıllığın riayət olunmasına və tikinti işlərinin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət etmək;
- Mexaniki, elektriklə və alternativ üsullarla işləyən avadanlıqların layihəyə uyğun montajı, demontajı və yer dəyişdirilmə qaydalarını bilmək;
- Mərkəzi soyutma və isitmə sistemi, iqlimləndirmə, havalandırma və santexnika işlərində həm layihələndirmə həmdə sahə işlərini bilmək;
- Layihə şirkətlərindən təhvil alınan mexaniki layihələrin standartlara uyğunluğunu, sistemin tam şəkildə işləkliyini yoxlamaq və aşkar olunan problemli sahələri layihəçi şirkətlərə və öz rəhbərlərinə bildirmək;
- Mexanika layihələri üçün seçilən cihaz və avadanlıqların seçiminin düzgünlüyünü yoxlamaq və layihəçi ilə görüş təşkil edərək sistemlərin təhlilini aparmaq və texniki hesabatlarını yoxlamaq;
- Tikinti sahəsində mexaniki işlərin təhlili,yoxlanılması və koordinasiyanı təşkil etmək;
- Mexaniki avadanlıqları və cihazların təsdiq edilmiş layihə sənədləri və göstəriciləri əsasında spesifikasiyalarını təyin etmək;
- Mexanika işləri üzrə quraşdırma heyətinin işinin keyfiyyətinə nəzarət etmək;
- Mexanika sahəsi üzrə smeta üçün məlumatların hazırlanması;
Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:
- Ali təhsil (Tikinti, memarlıq, mühəndislik və ya inşaat sahəsi üzrə);
- Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi;
- PMİ (PMP), Prince 2 və layihələrin idarəedilməsi sahəsində digər sertifikasiyalar;
- Tikinti obyektinin idarə olunmasının, planlaşdırılması işləri, tikinti texnologiyasını, qabaqcıl yerli və xarici metodiki materialları, tikintinin norma və qaydalarını bilmək;
- Layihə-smeta və digər texniki sənədlərin hazırlanma və sənədləşdirmə, aparılan tikinti işlərinin qeydlərinin tutulması və hesabatın hazırlanması qaydalarını bilmək;
- MS Office (Word, Excel, PowerPoint, Visio, Outlook və s.), AutoCAD üzrə biliklər;
- Liderlik və İdarəetmə qabiliyyəti;
- Təşəbbüskarlıq.
Müraciət etmə qaydaları:
Xahiş olunur CV-lərinizi 01 iyul 2024-cü il tarixinədək e-poçtun mövzu (“subject”) hissəsində “Baş məsləhətçi (mexanika mühəndisi)” qeyd etməklə e-mail adresinə göndərəsiniz.
Diqqət: Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlər ilə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılacaq.
Baş məsləhətçi (Zəif axın mühəndisi)
Son tarix 02 iyl 2024 [email protected]
İş yeri: Zəngilan, Cəbrayıl, Qubadlı
Vəzifə funksiyaları:
- Tikinti işlərinin aparılmasında texnoloji ardıcıllığın riayət olunmasına və tikinti işlərinin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət etmək;
- Layihələndirilən cizgilərin zəif-axın sistemləri bölmələrini estetik, texniki tələblərə və ətraf mühitə uyğunluğu yönündən yoxlamaq və Layihəçiləri bu tələblərə istiqamətləndirmək;
- Layihələndirmə müddətlərinin zəif-axın hissələri üçün təyin edilməsi barədə müvafiq məsləhətləri vermək və bütün mərhələlərdə İş Qrafikinin layihələndirməyə aid iş həcmlərinə uyğunluq nöqteyi-nəzərdən yoxlamaq;
- Zəif-axın sistemləri üzrə ilkin spesifikasiyaları, material təsnifatlarını, layihələndirmənin keyfiyyət səviyyəsini müəyyənləşdirmək;
- Zəif axın sistemlərində quraşdırılan avdanlıqların texniki göstəriciləri və hesabtların verilməsi;
- Tikintinin zəif-axın sistemləri üzrə sınaq və inspeksiyalarında ehtiyac olduğu təqdirdə iştirak etmək və tikintinin təhvil-təslim prosesini təşkil etmək;
- Tələb edildiyi halda layihənin bütün mərhələlərində zəif-axın sistemləri üzrə sənədlərə ekspert rəyi vermək, təhlillər aparmaq, büdcə və xərclərinin optimallaşdırılması üçün təkliflər vermək;
- Layihələrin zəif-axın hissələrinin icra planını baxışdan keçirmək və təkmilləşdirilməsi məqsədi ilə layihə müdirinə öz texniki rəyini təmin etmək;
- Sənədləşdirilmiş Məlumatlara Nəzarət Proseduruna uyğun olaraq həyata keçirilməsini təmin etmək.
Tələb olunan Təhsil, Təcrübə və Bacarıqlar:
- Ali təhsil (Tikinti, memarlıq, mühəndislik və ya inşaat sahəsi üzrə);
- Müvafiq sahə üzrə minimum 5 il iş təcrübəsi;
- PMİ (PMP), Prince 2 və layihələrin idarəedilməsi sahəsində digər sertifikasiyalar;
- Tikinti obyektinin idarə olunmasının, planlaşdırılması işləri, tikinti texnologiyasını, qabaqcıl yerli və xarici metodiki materialları, tikintinin norma və qaydalarını bilmək;
- Layihə-smeta və digər texniki sənədlərin hazırlanma və sənədləşdirmə, aparılan tikinti işlərinin qeydlərinin tutulması və hesabatın hazırlanması qaydalarını bilmək;
- MS Office (Word, Excel, PowerPoint, Visio, Outlook və s.), AutoCAD üzrə biliklər;
- Liderlik və İdarəetmə qabiliyyəti.
Müraciət etmə qaydaları:
Xahiş olunur CV-lərinizi 01 İyul 2024-cü il tarixinədək e-poçtun mövzu (“subject”) hissəsində “Baş məsləhətçi (Zəif axın mühəndisi)” qeyd etməklə e-mail adresinə göndərəsiniz.
Diqqət: Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlər ilə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılacaq.