Azerbaijan Energy Regulatory Agency
Daxili audit və nəzarət şöbəsinin müdiri
Son tarix 21 avq 2023 - [email protected]
Vəzifə öhdəlikləri:
- Rəhbərlik etdiyi şöbənin əsasnaməsi ilə müəyyən olunmuş vəzifələrin yerinə yetirilməsi və hüquqların həyata keçirilməsi üçün şəxsən məsuliyyət daşıyır;
- Agentliyin daxili audit siyasətinin və strategiyasının, risklərin idarə edilməsi sisteminin təkmilləşdirilməsi ilə bağlı təkliflər verir;
- Agentlikdə daxili nəzarət sisteminin səmərəliliyini və adekvatlığını müəyyən edir;
- Agentliyin audit planlarını hazırlayır və təsdiq üçün AİH-ə təqdim edir;
- Daxili audit yoxlaması zamanı aşkar olunmuş nöqsanların reyestrini aparır, onların aradan qaldırılması üçün tövsiyələr verir və həmin tövsiyələrin icra vəziyyəti barəsində AİH-ə hesabat təqdim edir;
- Şöbənin fəaliyyətinə rəhbərliyi həyata keçirir və onu təmsil edir, o cümlədən Şöbə adından sənədləri imzalayır, Şöbəyə razılaşdırma üçün daxil olan sənədlərə viza verir;
- Vəkalətnamə əsasında Agentliyi üçüncü şəxslər qarşısında təmsil edir;
- Şöbənin fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş aktların icrasını təşkil edir, yoxlayır və buna nəzarəti həyata keçirir;
- Şöbənin fəaliyyət istiqamətləri üzrə dövlət sirrinin və məxfilik rejiminin qorunması üçün zəruri tədbirlər görür;
- Səlahiyyətlərinə aid olan məsələlərlə bağlı konfrans, iclas, seminar və digər tədbirlərdə iştirak edir;
- Şöbənin fəaliyyətini təşkil edir;
- Tabeliyində olan əməkdaşlar arasında iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir, əmək, icra və xidmət intizamına riayət etmələrinə nəzarət edir;
- Şöbəyə daxil olan məktub və müraciətlərə qanunvericilikdə nəzərdə tutulmuş qaydada baxılmasını və kargüzarlıq işlərinin aparılmasını təşkil edir;
- Şöbəni Agentliyin struktur bölmələri və vəzifəli şəxsləri ilə münasibətdə təmsil edir;
- Şöbənin hər hansı komitədə/işçi qrupunda və/ya iclasında təmsil olunmasını təmin edir;
Tələblər:
- Ali təhsil (hüquq, maliyyə, iqtisadiyyat və ya idarəetmə ixtisasları üzrə)
- İxtisası üzrə ən azı 7 il, müvafiq sahə üzrə rəhbər vəzifədə ən azı 5 il iş stajı
- “Daxili audit haqqında” Azərbaycan Respublikasının Qanunu, “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanunu və digər əlaqədar normativ-hüquqi aktlar üzrə biliklər
- Beynəlxalq Mühasibat Uçotu Standartları, Beynəlxalq Daxili Audit standartları üzrə biliklər
- Risklərin idarə edilməsi sahəsində bilik və təcrübə
- Müvafiq sahədə nəzarətin təşkili və həyata keçirilməsi haqqında Azərbaycan Respublikasının qanunvericiliyi üzrə biliklər
- Konfliktlərin idarə edilməsi, kommunikasiya və təqdimat bacarıqları
- MS Office proqramları və avtomatlaşdırılmış əməliyyat sistemlərində səriştəli iş təcrübəsi
- Azərbaycan dilini səlis bilməli, rus və ingilis dilləri arzuolunandır;
Digər:
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı və mükafatlandırma;
- İş yerinin ünvanı: Bakı şəhəri, Heydər Əliyev pr. 152, Çinar Plaza
Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini poçt ünvanına göndərə bilərlər.
Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (Daxili audit və nəzarət şöbəsinin müdiri) qeyd edin.
Hüquqi təminat sektorunun Mütəxəssisi
Son tarix 21 avq 2023 [email protected]
Vəzifə öhdəlikləri:
- Agentliyin fəaliyyəti ilə bağlı normativ hüquqi aktların layihələrinin hazırlanmasında iştirak edir, habelə hüquqi aktların hüquqi ekspertizasını həyata keçirir;
- İcraatına daxil olan hüquqi sənədlərə və məsələlərə dair şifahi və yazılı məsləhətlər, izahatlar, hesabatlar və arayışlar verir;
- Hazırlanmasında və ya razılaşdırılmasında iştirak etdiyi sənədlərə, habelə səlahiyyətlərinə aid məsələlər üzrə viza verilməsi üçün təqdim edilən sənədləri qanunvericiliyin tələblərinə uyğunluğu baxımından yoxlayır və viza verir;
- Agentliyi aidiyyatı üzrə məhkəmələrdə təmsil edir;
- İnzibati xətalar haqqında işlər üzrə icraata başlama, inzibati xəta haqqında işlərin baxılmağa hazırlanması və inzibati xətalar haqqında işlər üzrə icraatla bağlı digər məsələlər barəsində rəy, təklif verir;
- İşçi qruplarda və rəhbərlik tərəfindən cəlb edildiyi beynəlxalq konfrans, seminar və digər tədbirlərdə iştirak edir;
- Vəzifəsi üzrə şöbə müdiri və sektor müdiri tərəfindən verilən digər göstərişləri yerinə yetirir.
Tələblər:
- Ali təhsil (hüquqşünaslıq);
- Yaş həddi 25-45 aralığı;
- İxtisası üzrə azı 3 il iş stajı;
- Microsoft Office proqramlarında işləmə bacarığı;
- Problemlərin həlli və razılığın əldə edilməsi bacarığı;
- Azərbaycan dilini səlis bilməli, rus və ingilis dilləri arzuolunandır.
Digər:
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı və mükafatlandırma;
- İş yerinin ünvanı: Bakı şəhəri, Heydər Əliyev pr. 152, Çinar Plaza
Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini poçt ünvanına göndərə bilərlər. Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (Hüquqi təminat sektoru- Mütəxəssis) qeyd etməniz tələb olunur.
Vakansiya üzrə müraciətin son tarixi: 18 avqust 2023-cü il
Enerji Müfəttişi (Şirvan)
Son tarix 21 avq 2023 [email protected]
Vəzifə öhdəlikləri:
- İş bölgüsü üzrə öz vəzifələrinin icrası üçün Filiala daxil olan sənədlərin icrasını təmin edir;
- Vəkalətnamə əsasında Filialı məhkəmələr və üçüncü şəxslər qarşısında təmsil edir;
- Filialın fəaliyyət istiqamətlərinə dair qəbul olunmuş aktların icrasını təmin edir;
- Filialın fəaliyyətinin təşkili ilə əlaqədar icrası məcburi olan daxili göstərişləri icra edir, o cümlədən Filialın əməkdaşları arasında aparılmış iş bölgüsü üzrə fəaliyyət göstərir;
- Filial tərəfindən sahibkarlıq sahəsində və büdcə təşkilatlarında yoxlamalar (nəzarət tədbirləri) aparır və qanunvericiliklə müəyyən edilmiş qaydada nəticələri rəsmiləşdirir;
- Agentliyin səlahiyyətlərinə aid məsələlərə dair inzibati xəta əlamətləri aşkar etdikdə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq inzibati xəta haqqında protokol tərtib edir;
- Filialın Əsasnaməsində müəyyən edilmiş vəzifələrin həyata keçirilməsi ilə bağlı müvafiq sahədə icrası məcburi göstərişlər verir;
- Filialın fəaliyyət ərazisində 150 kVt güc həddindən yuxarı elektrik qurğularının istismara buraxılış aktının verilməsi üçün tikinti obyektlərinin elektrik qurğularına baxış keçirir və nəticələri aktla rəsmiləşdirir;
- Tikilən, yenidən qurulan obyektlərin layihə sənədlərini enerjidən səmərəli istifadə üzrə ekspertizasını keçirir;
- İş bölgüsü üzrə Filialın fəaliyyəti nəticəsində yaranmış statistik məlumatların uçotunu aparır;
- Səlahiyyətlərinə aid olan məsələlərlə bağlı konfrans, iclas, seminar və digər tədbirlərdə iştirak edir;
- İş bölgüsü üzrə Filiala daxil olan müraciətləri qanunvericiliklə müəyyən edilmiş qaydada araşdırır və nəticələrini rəsmiləşdirir;
- Filialın fəaliyyətinin səmərəli şəkildə təşkili ilə bağlı təkliflər verir;
- Öz vəzifələrinin icrası üçün həmin vəzifələrə mütənasib hüquqlardan istifadə edir;
- Əmək müqaviləsində və Filialın Əsasnaməsində nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirir və hüquqları həyata keçirir.
Tələblər:
- Energetika və enerji maşınqayırması, İstilik energetikası, maşın və qurğuları, Elektrotexnika və elektromexanika, Yüksək gərginliklər texnikası, fizikası və elektrotexnologiya ixtisas istiqamətləri üzrə ali təhsil
- Müvafiq sahə üzrə ən azı 3 il iş təcrübəsi
- Microsoft Word və Excel proqramlarında mükəmməl işləmə bacarığı;
- Rus dilini bilməsi arzu olunandır;
- Vətəndaşlarla işləmə, fikrini düzgün ifadə etmə və savadlı yazı qabiliyyəti.
Digər:
- Əmək bazarına uyğun rəqabətli əmək haqqı və mükafatlandırma;
- İş qrafiki: 09:00 – 18:00 / nahar fasiləsi 13:00 – 14:00;
- İstirahət günləri: şənbə və bazar günləri;
- Vakansiya üzrə müraciətin son müddəti: 20 avqust 2023-cü il
- İş yeri: Şirvan şəhəri
Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini poçt ünvanına göndərə bilərlər. Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (Şirvan filialı-Enerji müfəttişi) qeyd edin.