"Bank Respublika" ASC işçi axtarır - VAKANSİYA
"AccessBank" işçi axtarır - VAKANSİYA
"Azər Türk Bank" işçi axtarır - VAKANSİYA
"Socar Polymer" işçi axtarır - VAKANSİYA
"AzerGold" CJSC çoxsaylı işçilər axtarır - VAKANSİYALAR
"Kapital Bank" işçilər axtarır - VAKANSİYALAR
"Express Bank" işçi axtarır - VAKANSİYA
GM Construction
Mühasib (Laçın layihəsi üçün)
Son tarix 11 noy 2022 - [email protected]
Vəzifə öhdəliyi:
- Mühasibat (maliyyə) hesabatlarının müəyyən edilmiş müddətlərdə tərtib və təqdim etmək;
- Daxil olan və çıxan pul vəsaitinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunu təşkil və nəzarət etmək;
- Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının əsaslandırılmış tərtibini, əmək haqqının ödənilməsi hesablarını, dövlət büdcəsinə məcburi ödəmələri, dövlət sosial sığorta fonduna ayırmaları, digər ayırmalarının tərtibi və nəzarəti;
- Təhtəl hesab, avans hesabatının aparılmasını, balans hesabatı üçün lazım olan ilkin əməliyyatları təmin etmək;
- Hesab və elektron qaimə-fakturalarının yazılması;
- Daxili mühasibatlıq sistemində köçürmələrin idarəedilməsinə nəzarət;
- Bank və kassa əməliyyatlarının düzgün aparılmasına nəzarət;
- Əsas vəsaitlərin uçotunun aparılmasını, inventarizasiyasının müəyyən olunmuş müddətdə keçirilməsinə nəzarət və iştirak etmək;
- Mal/Xidmətlərin, müqavlə və sifarişlərin yoxlanılması;
- Vaxtlı-vaxtında və lazımı qaydada təsdiqedici sənədlərin əldə olunması/təqdim edilməsi üçün təchizatçılarla/müştərilərlə yazışmaların aparılmasını təmin etmək;
- Əmək haqqının verilmə dövrünə uyğun olaraq bütün əmək haqlarına dair əməliyyatlarının vaxtında və düzgün emal olunmasına nəzarət etmək;
- Səlahiyyətləri çərçivəsində məsələlərə dair işçilərin sorğularını cavablandırmaq;
- Rəhbərlik tərəfindən verilən tapşırıqları vaxtında yerinə yetirmək.
Namizədə tələblər:
- Cins: kişi
- Yaş həddi: 30-45
- İxtisas üzrə azı 5 il iş təcrübəsi;
- Tam ali iqtisadi təhsil (mühasibatlıq və ya maliyyə ixtisası üzrə);
- İstehsalat təcrübəsinin olması mütləqdir;
- Konfidensiallığı qoruyub saxlamaq bacarığı;
- İdarəçilik bacarığı;
- Vergi Məcəlləsini bilməli;
- MS Office, 1C, BTP, EVHF, hesabatları mükəmməl səviyyədə bilməli.
İş şəraiti:
- AR ƏM əsasən rəsmiləşmə;
- İş yeri - Laçın şəhəri;
- Yaşayış, qidalanma, yol xərcləri və korporativ nömrə ilə təmin olunma;
- Əmək haqqı 1200 -1500 man.
Digər tələblər:
Yuxarıda göstərilən tələblərə uyğun namizədlərin elektron poçtuna CV (yalnız Azərbaycan dilində) göndərməkləri xahiş olunur.
Qeyd: Müraciət etdiyiniz vəzifənin adını email-ın mövzu hissəsində mütləq şəkildə göstərməyiniz xahiş olunur.