"Bank Respublika" ASC işçi axtarır - VAKANSİYA
"AccessBank" işçi axtarır - VAKANSİYA
"Azər Türk Bank" işçi axtarır - VAKANSİYA
"Socar Polymer" işçi axtarır - VAKANSİYA
"AzerGold" CJSC çoxsaylı işçilər axtarır - VAKANSİYALAR
"Kapital Bank" işçilər axtarır - VAKANSİYALAR
"Express Bank" işçi axtarır - VAKANSİYA
Bank Respublika ASC
Komplayens risklərinin idarə edilməsi şöbəsinin müdiri
Son tarix 26 okt 2022 - [email protected]
Ümumi vəzifə öhdəlikləri:
- Bankın hüquq üzrə komplayens risklərini idarə etmək və nəzarət etmək;
- Beynəlxalq müqavilələr və sazişlərin hüquqi ekspertizasını həyata keçirmək, rəy vermək;
- Bütün struktur bölmələrə hüquqi dəstək göstərmək, onlardan daxil olmuş hüquqi sorğulara rəy və izahatlar vermək;
- Korporativ hüquqi layihələrin hazırlanmasında iştirak etmək;
- Bankdaxili korporativ aktlara (əmr, protokol, qayda, təlimatlar) dair hüquqi rəy vermək, onların hüquqi ekspertizasını icra etmək;
- Bankın təsis sənədlərində baş verən dəyişikliklərlə bağlı zəruri tədbirlərin həyata keçirilməsinə hüquqi dəstək göstərmək;
- Qiymətli kağızların yerləşdirilməsini nəzərdə tutan müvafiq sənədlərin hazırlanmasında iştirak etmək, lazımi hüquqi yardım göstərmək;
- Tələb olunduqda Bankın PL/TMM şöbəsinin (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və digər əmlakın leqallaşdırılması və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə şöbəsi) funksiyalarının icrasına köməklik göstərmək;
- Qanunvericilik sahəsində Bankın fəaliyyətinə aid olan bütün yeniliklər barədə müvafiq şöbə, strukturları məlumatlandırmaq, tələb olunduqda həmin normaların tətbiqi ilə bağlı təlim keçmək;
- Birbaşa rəhbərin digər tapşırıqlarını icra etmək.
Namizədə qarşı tələblər:
- Ali hüquqi təhsil;
- Korporativ hüquq sahəsində hüquqşünas kimi bankda ən azı 2 il iş təcrübəsi;
- Mülki, həmçinin bank qanunvericiliyi sahəsində biliklər;
- Azərbaycan və İngilis dilləri əla, Rus dili yaxşı səviyyədə arzuolunandır;
- Müxtəlif düşüncə və dünyagörüşə malik insanlarla yazılı və şifahi ünsiyyət qurmaq bacarığı;
- Məlumatlar əsasında təhlil etmə və düzgün qərarvermə bacarığı;
- Məsuliyyətlik, operativlik;
- İdarəetmə və qərar qəbuletmə qabiliyyəti;
- Komandanın bir üzvü olmaq üçün, yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 25 oktyabr 2022-ci il tarixinədək email-in mövzu hissəsində Komplayens risklərinin idarə edilməsi şöbəsinin müdiri qeyd etməklə elektron ünvanına göndərə bilər. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmaya bilər.
Həmçinin bildirmək istərdik ki, işəqəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.