Company
İşə qəbul, Öyrənmə və İnkişaf Bölməsinin Müdiri
Son tarix 16 iyl 2023 - [email protected]
İş yeri: Bakı şəhəri
Vəzifə öhdəlikləri:
- İşə qəbul siyasəti və prosedurlarına əməl olunmasını təmin edərək, vəzifələrin səmərəli və effektiv şəkildə doldurulmasını icra etmək;
- Onlayn kanallar (məsələn, sosial platformalar və peşəkar şəbəkələr) vasitəsilə potensial namizədlərin axtarışını aparmaq;
- Müsahibə, seçim, qiymətləndirmə proseslərini planlaşdırmaq;
- İşə qəbul prosesi ilə bağlı həftəlik və aylıq hesabatları tərtib edib, rəhbərliyə təqdim etmək;
- İşgücü planlamanın təşkili, iş analizlərinin keçirilməsi;
- İşə qəbul agentlikləri ilə əməkdaşlıq edərək və dövri karyera yarmarkalarında iştirak etmək;
- Biznesin ehtiyaclarına və prioritetlərinə uyğun olaraq effektiv öyrənmə və inkişaf proqramlarının hazırlanması və həyata keçirilməsi ilə şirkətə məqsədlərinə çatmasında kömək etmək;
- Öyrənmə və inkişafla bağlı cari biznes məsələləri və imkanları haqqında güclü anlayış əldə etmək üçün bizneslə güclü tərəfdaşlıq qurmaq;
- İşçilərin öz funksiyalarını uğurla yerinə yetirmək üçün lazımi biliklərə malik olmasını təmin etmək üçün təşkilatın ehtiyac təhlilinin aparılması və təlim planlarının yaradılması;
- Şirkət daxilində müxtəlif təlim metodlarının həyata keçirilməsi, məsələn, kouçinq, job-shadowing٫ onlayn təlimlər;
- Davamlı təkmilləşdirməyə yönəlmiş layihələrin müəyyən edilməsi və idarə olunması;
- Öyrənmə və İnkişaf ilə bağlı aylıq hesabatları tərtib edib, rəhbərliyə təqdim etmək.
Tələblər:
- İş təcrübəsi: İşə qəbul və təlim sahəsində minimum 5 il
- Təhsil: Sosial elmlər üzrə minimum bakalavr dərəcəsi (İnsan Resurslarının İdarə Edilməsi, Biznesin İdarə Edilməsi, Psixologiya, Sosiologiya və s.)
- Yaş həddi: 28-35
- Təhlil etmə və planlama üsullarını;
- İş elanlarının effektiv təbliğat üsullarını və namizədlərin cəlb edilməsi metodlarını;
- Namizədlərin səriştəliklərinin qiymətləndirilməsi üsullarını;
- İşə qəbula dair hədəflərin müəyyən olunması və ölçülməsi yollarını;
- İşə qəbul ilə əlaqədar müasir trend və yanaşmaları;
- İş analizi metodları və keçirilmə qaydaları;
- Azərbaycan Respublikası Əmək qanunvericiliyinin əsaslarını;
- Təlim və inkişafın effektiv üsulları haqqında müasir biliklər;
- Online təlim platformaları haqda məlumat;
- Layihələrin idarə edilməsi və büdcə tərtibi sahəsində təcrübəyə malik olma;
- MS Office və təlim idarəetmə sistemləri üzrə peşəkar biliklər;
- İşçilər və xarici tərəfdaşlarla əlaqələr qurmaq bacarığı;
- Təlim və proqram təminatı sahəsində ən son tendensiyaları yaxşı bilmək.
Təminatlar:
- Nəqliyyat vasitəsilə çatdırılma;
- Nahar ilə təmin edilmə;
- Mobil nömrə və telefon limiti;
- 5 günlük iş qrafiki.
Əmək haqqı: 2000 AZN
Elektron poçt ünvanına mövzu hissədə vəzifə adını – “İşə qəbul, Öyrənmə və İnkişaf Bölməsinin müdiri” yazmaqla CV göndərərək müraciət edilir.