Misirdən Azərbaycana turistlər üçün çarter reysi təşkil edən turizm şirkəti Azərbaycanda hava limanı xərclərindən narazılıq edib. FED.az xəbər verir ki, misirli turistlərin Qəbələyə səfərini təşkil edən «Zakher Travel»in rəhbəri Cəfər Qarayev bildirib ki, hava limanının xərcləri son zamanlar turizmin inkişafına mane olur.
Şirkətdən bildirilib ki, digər ərəb ölkələri üçün tətbiq edilən asanlaşdırılmış viza proseduru Misir, Sudan və Əlcəzair vətəndaşlarına da tətbiq olunsa turistlərin sayı arta bilər. Qeyd edək ki, körfəzin ərəb ölkələri asanlaşdırılmış viza rejimlərindən (e-viza və hava limanında viza əldə edilməsi) yararlanmaqdadır. Eyni şərtlərin Misir, Sudan, Əlcəzair kimi ölkələrin vətəndaşlarına da tətbiq olunması turistlərin sayının artırılmasında effektiv olacaq. Digər təklif odur ki, BƏƏ-də oturumu olan əcnəbilər üçün tətbiq olunan hava limanında sadələşdirilmiş viza prosedurlarının digər körfəzi ölkələrinin əcnəbi sakinlərinə də tətbiq olunsun.