Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən 2019-cu ilin yanvar-aprel aylarında Azərbaycana dünyanın 170 ölkəsindən 848,4 min və ya 2018-ci ilin yanvar-aprel ayları ilə müqayisədə 0,1 faiz çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. FED.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, gələnlərin 27,3 faizi Rusiya Federasiyası, 26,8 faizi Gürcüstan, 11,1 faizi Türkiyə, 8,0 faizi İran, 3,8 faizi Birləşmiş Ərəb Əmirlikləri, hər birindən 1,8 faiz olmaqla Ukrayna və Hindistan, 1,4 faizi Pakistan, 1,3 faizi İraq, 16,6 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub. Gələnlərin 69,5 faizini kişilər, 30,5 faizini isə qadınlar təşkil edib.
Ölkəmizə yanvar-aprel aylarında gələnlərin sayında daha çox artım Misir (2,2 dəfə), Səudiyyə Ərəbistanı (1,9 dəfə), Hindistan (1,8 dəfə), Türkmənistan (1,8 dəfə), Çin (1,6 dəfə), Yaponiya (37,1 faiz), Kanada (31,8 faiz), Pakistan (28,8 faiz), Gürcüstan (22,6 faiz), Polşa (20,8 faiz) və Cənubi Koreya (20,5 faiz) vətəndaşları arasında qeydə alınıb.
Yaponiya və Çindən Azərbaycana gələnlərin sayı artıb

09:47
18 May 2019