“Bravo Travel” şirkəti qarşıdakı turizm mövsümündə aktiv fəaliyyətə başlamağa hazırlaşır.
FED.az xəbər verir ki, şirkət xüsusən də xarici turizm istiqamətində inkişaf etməyi hədəfləyib.
“Bravo Travel”dən verilən məlumata görə, hazırda yeni veb saytın üzərində işləyirlər və şirkət müştərilərlə əməkdaşlığını genişləndirir. Bəs görəsən, “Bravo Travel” ilə “Bravo” supermarketlər şəbəkəsinin hər hansı bir bağlılığı varmı?
“Bravo Travel”dən FED.az-a bildirdilər ki, “Bravo” supermarketlər şəbəkəsinin də daxil olduğu “Azərbaycan Supermarket” MMC ilə heç bir bağlılıqları yoxdur:
“Xeyr, onlara aid deyilik. Müstəqil turizm şirkətiyik”.
Faktı dəqiqləşdirmək üçün əlaqə saxladığımız “Azərbaycan Supermarket” MMC-nin cavabı isə fərqli oldu:
“Bəli, “Bravo Travel” şirkəti bizə aiddir, bizim şirkətdir”.
Məhdud Məsuliyyətli Cəmiyyət öz törəmə şirkətinə sahib çıxdığı halda, “Bravo Travel” turizm şirkətinin bu faktı inkar etməsi isə qaranlıq olaraq qalır.
Məmməd Ağayev
“Xeyr, onlara aid deyilik... Bəli, bizə aiddir” – BU ŞİRKƏT KİMİNDİR?
12:42
30 Aprel 2018