2018-ci ildə Türkiyəyə 858,5 min Azərbaycan turisti səfər edib ki, bu da 2017-ci illə müqayisədə 12,15 faiz çoxdur.
FED.az-ın məlumatına görə, bu barədə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyi məlumat yayıb.
ELƏCƏ DƏ BAX: Çexiya bu sahədə Azərbaycana kömək etmək istəyir - TƏKLİF
Məlumata görə, ötən il ərzində Türkiyəyə səfər edən turistlərin 2,17 faizini azərbaycanlılar təşkil edib.
Nazirlikdən bildiriblər ki, 2018-ci ilin dekabrında Türkiyəyə 55,6 min Azərbaycan turisti səfər edib (6,38 faiz artım).
Dekabrda Türkiyəyə səfər etmiş turistlər arasında azərbaycanlıların payı 2,85 faizə bərabər olub.
Ümumilikdə, 2018-ci ildə Türkiyəyə 46,1 milyon turist səfər edib ki, bu da 2017-ci illə müqayisədə 21,45 faiz çoxdur. Ölkənin turizmdən gəliri 29,512 milyard dollara bərabər olub.
Türkiyəyə səfər edən azərbaycanlı turistlərin sayı – AÇIQLANDI
21:36
14 Fev 2019