2021-ci ilin noyabrında Azərbaycandan Türkiyəyə 47 556 nəfər səfər edib ki, bu da 2020-ci ilin noyabrı ilə müqayisədə 18 dəfə çoxdur.
Eləcə də bax: Turizm Bürosu: Aviabiletlər xərclərin qarşılanması səbəbindən - BAHALAŞDIRILIB
FED.az biznes və maliyyə xəbərləri portalı Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Mədəniyyət və Turizm Nazirliyi məlıumat verir.
Hesabat dövründə Türkiyəyə səfər etmiş əcnəbilər arasında Azərbaycan vətəndaşlarının payı 2,7 faiz təşkil edib.
Yanvar-noyabr aylarında 413 420 Azərbaycan vətəndaşı Türkiyəyə səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 87,57 faiz çoxdur.
2021-ci ilin yanvar-sentyabr aylarında Türkiyəyə səfər etmiş əcnəbilər arasında Azərbaycan vətəndaşlarının payı 1,81 faiz təşkil edib.
Nazirliyin məlumatında qeyd edilir ki, 2021-ci ilin yanvar-noyabr aylarında Türkiyəyə 25,819 milyon turist səfər edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 89,61 faiz çoxdur.