Türkiyə 2019-cu ilin 5 ayında ötən ilin eyni dövrü ilə müqayisədə 11,3 faiz artımla 12 milyon 757 min 522 əcnəbi turist qəbul edib.
FED.az xəbər verir ki, Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin statistikasına istinadən xəbər verir ki, may ayında Türkiyəyə 4 milyon 22 min 254 əcnəbi ziyarətçi gəlib.
Eləcə də bax: Azərbaycanda turizm sektoruna vergi güzəştləri edilə bilər
Mayda xarici turist sayı, ötən ilin eyni ayı ilə müqayisədə 9,35 faiz artıb.
May ayında Türkiyəyə ən çox turist göndərən ölkələr siyahısında 963 min 359 nəfərlə Rusiya birinci yeri tutub. Almaniya 410 min 374 turist ilə ikinci, İngiltərə 310 min 4 turistlə üçüncü yeri tutub.
Rusiya ilin 5 aylıq dövründə də Türkiyəyə ən çox turist göndərən ölkə olub. Rusiyadan Türkiyəyə gələn turistlərin sayı, ötən ilin eyni dövrü ilə müqayisədə, 20,54 faiz artımla 1 milyon 673 min 652 olaraq reallaşıb.
Rusiyanın ardınca 1 milyon 213 min 857 turist ilə Almaniya, 982 min 717 turist ilə Bolqarıstan gəlir.