Bu ilin III rübündə Türkiyənin “TAV Hava limanları” Holdinqinin gəlirləri illik müqayisədə 54% azalaraq 714,6 mln lirəyədək (89,71 mln ABŞ dolları) enib.
Virusa görə bu il cəmi 1 mln. nəfərdən çox Azərbaycan vətəndaşı xarici ölkələrə səfər edib
FED.az bu barədə xarici mətbuata istinadən xəbər verir.
Hesabat dövründə şirkətin xalis mənfəəti illik müqayisədə 20,7% azalaraq 444,9 mln lirəyə (55,85 mln ABŞ dolları) düşüb.
Qeyd edək ki, şirkətin gəlirlərinin azalmasına koronavirus pandemiyasının təsiri ilə mart ayının əvvəllərindən etibarən başlayan uçuş məhdudiyyətləri göstərilib.