Türkiyənin İsparta şəhəri bu il lavanda turizmində 250 min ziyarətçiyə ev sahibliyi edib.
FED.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, pandemiyaya baxmayaraq İspartadakı lavanda mövsümündə təxminən 250 min nəfər Kuyucak kəndini ziyarət edib. Ərazinin Mədəniyyət və Turizm Müdiri Əli Göçer bildirib ki, pandemiyaya baxmayaraq, şəhərə gələn ziyarətçilərin axını kəsilməyib, baxmayaraq ki, ötən illə müqayisədə ciddi azalma var.
Bir il əvvəl Çində başlayan və sonra bütün dünyaya yayılan korona virusu (Kovid-19) bir çox digər sahələr kimi turizmə də mənfi təsir edib. 2019-cu ildə İspartada təxminən 750 min insanın ziyarət etdiyi "lavanta ətirli kənd" olaraq bilinən Kuyucak kəndi, pandemiya səbəbindən bu il 250 min insana ev sahibliyi edib. Kuyucak, iyul ayının əvvəlində başlayan və avqustun ortalarına qədər davam edən lavanda mövsümü içərisində, corona virusu tədbirləri daxilində yerli və xarici turistlər şəhəri ziyarət etdi.
Əli Göçer bildirib ki, şəhərdəki 67 qonaq evi və oteldə ümumilikdə 4 670 çarpayı tutumu var. Sentyabrın sonunadək bura 240 min turist gəlib.
«May ayında baş verən pandemiya səbəbindən gül mövsümündə turist qəbul edə bilmədik. Pandemiyaya görə lavanda ciddi tələb gəldi. Təxminən 250 min ziyarətçi gəldi. Pandemiya şərtlərinə görə boş saxlanmalı olan yerlər də var. Pandemiya baş verməsəydi, bu rəqəmin daha çox olacağını bildirdilər. Lavandada tələb, promosyon və potensialımız yaxşıdır, amma bu il pandemiya bizi bu nöqtəyə gətirdi».