"Rusiya ilə uçuşlar bərpa edildikdən sonra otellərdə istirahətin qiyməti 2019-cu ildə olduğu kimi qalacaq".
FED.az xəbər verir ki, bunu Türkiyə Otelçilər Federasiyasının rəhbəri Sururi Çorabatır deyib. Onun sözlərinə görə, hazırkı qiymətlər tur operatorları ilə ötən il imzalanmış müqavilədəki kimidir və elə də qalacaq: "Mövcud qiymətlər tur operatorları ilə 2019-cu ildə imzalanan müqavilələrdə olduğu kimi qüvvədə olacaq. Koronavirus pandemiyası səbəbindən bütün sahələrdə qiymət artımı müşahidə edilsə də bu, otel qiymətlərinə təsir etməyəcək. Bəzi otellər hətta müştəriləri cəlb etmək üçün qiymətləri azaldırlar”.
Eləcə də bax: "Bəlkə uçuşlara başlayaq?!" - Turizm Şirkətləri AZAL Rəhbərliyi ilə Görüşdülər
Federasiya rəhbəri əlavə edib ki, Türkiyə hökuməti pandemiyadan əziyyət çəkən sektorlara, o cümlədən turizm sənayesinə dəstək verir.
Qeyd edək ki, avqustun 1-dən etibarən Rusiya və Türkiyə arasında uçuşlar bərpa edilib. Bu tarixdən etibarən Ankara və İstanbul kimi Türkiyənin iri şəhərlərinə uçuşlar başlayıb. Avqustun 10-dan isə Antalya, Bodrum və Dalaman kurort şəhərlərinə uçuşlar bərpa ediləcək: Otellərdə koronavirus pandemiyası tədbirləri ilə əlaqədar xərclərin artmasına baxmayaraq, qiymət artımı olmayacaq. Hətta bəzi otellər müştəri cəlb etmək üçün qiymət endiriminə gedəcək”.
Eləcə də bax: Dünyanın ən yaxşı restoranları açıqlandı - SİYAHI - FOTOLAR